Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:56

AzerCell-in prezidenti necə Moldovanın Baş naziri oldu?


Chiril Gaburici
Chiril Gaburici

.

Gözlə

No media source currently available

0:00 0:02:40 0:00
Direct-ə keçid

Fevral 18-də Moldova parlamenti ölkənin yeni Baş nazirini təsdiq edib. Yeni Baş nazir 38 yaşlı iş adamı Chiril Gaburici-dir. Onun Bakını da əhatə edən bisnes uğuru, mobil telefon şirkətinə rəhbərlikdən Baş nazir postuna qədər getdiyi yola birmənalı baxış yoxdur.

GABURİCİ KİMDİR?

Chiril Gaburici bu vaxta kimi daha çox mobil telefon şirkətlərinə rəhbərliyi ilə tanınır.

O, 2009-cu il aprelin 7-də Moldova Parlamenti və Prezident Sarayının yaxınlığında ölkənin kommunist rəhbərliyi əleyhinə aksiyada mobil telefon siqnallarını kəsmək ittihamı ilə üzləşmişdi. Hərçənd ki, özü həmin ittihamı rədd edirdi.

Chiril Gaburici 2009-2012-ci illərdə MoldCell mobil rabitə operatorunun prezidenti olub. Pul yuyulması ittihamları ilə araşdırılma başlanandan sonra MoldCell-dən ayrılıb.

Bundan sonra 2 il müddətinə Bakıda AzerCell şirkətində prezident vəzifəsində çalışıb. AzerCell və MoldCell İsveç-Filnadiya korporasiyası olan TeliaSoneramobil rabitə şirkətinin qollarıdır.

Rise Moldova bu evin Moldovanın yeni Baş naziri Chiril Gaburici-yə məxsus olduğunu yazır
Rise Moldova bu evin Moldovanın yeni Baş naziri Chiril Gaburici-yə məxsus olduğunu yazır

Moldovada müstəqil informasiya agentliyi kimi fəaliyyət göstərən Moldova.org saytı yazır ki, Chiril Gaburici Azərbaycanda fəaliyyətinin son aylarında da onun rəhbərlik etdiyi AzerCell-in adı yerli hökumətlə birlikdə korrupsiya ittihamında hallanıb.

AzadlıqRadiosu və Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Təhqiqatları layihəsinin (OCCRP - Organized Crime and Corruption Reporting Project) birgə araşdırması üzə çıxarmışdı ki, AzerCell-in payıçıları arasında Azərbaycan prezidenti İlham Əliyevin qızlarına bağlı olan şirkətlərin adı keçir.

PUL YUYULMASI...

Chiril Gaburici haqda Moldovadakı jurnalist araşdırmaları təşkilatı olan “RİSE Moldova” araşdırma edib. Təşkilatın əldə etdiyi sənədlərdən görünür ki, Gaburici kənd təsərrüfatı şirkətindən tutmuş, avtombil, reklam və media şirkətləri və digər biznesləri idarə edib.

Onun Biznes imperiyasının xəritəsini "Rise Moldova" bu cür təqdim edir:

Amma Chiril Gaburici-nin bu korrupsiya ittihamlarına hər hansı reaksiyası hələlik məlum deyil.

AVROPA KOMİSSİYASINDAN TƏBRİK

Avropa Komissiyası fevralın 18-də Baş nazir postuna təsdiq edilməsinə görə cənab Gaburici-ni təbrik edib. Bəyanatda Moldova xalqının maraqları naminə, ölkənin maliyyə və məhkəmə sisteminin inkişafında, korrupsiya ilə mübarizə sahəsində yeni hökumətlə əməkdaşlığın davam etdiriləcəyi qeyd edilir.

Qərb mediası Gaburicini daha çox anti-Rusiya meylli və Avropaya yaxın şəxs kimi tanıdır. Reuters agentliyi yazır ki, Avropaya inveqrasiya yeni hökumətin başlıca amaldır.

Chiril Gaburici özü isə deyir ki, bir müddət Moldovada yaşamasa da siyasi hadisələri yaxından izləyib. Əlavə edib ki, ölkədəki siyasi böhranın həlli ilə bağlı bəzi planları var. Və tezliklə yeni hökumətin strategiyasını və nazirlərin adlarını açıqlayacaq.

İLK BƏYANAT - YERLİ VALYUTANIN DOLLARA NİSBƏTƏN KURSUNUN QORUNMASI OLDU

Avropa yönümlü siyasəti ilə tanınan yeni Baş nazir bu vəzifəyə təsdiqlənməsindən bir gün sonra Moldova pulunun – leu-sunun ABŞ dollarına nisbətdə ucuzlaşamasının qarşısını almaqla bağlı bəyanat verib. Chiril Gaburici kabinetin ilk iclasında leu-nun dəyərini 5 faiz bərpa etmək lazım olduğunu deyib. Son vaxtlar yerli valyuta dollara nisbətdə 25 faiz ucuzlaşmışdı.

Chiril Gaburici bildirib ki, bununla bağlı Beynalxalq Valyuta fondu ilə danışıqlar aparmaq gərəkir.

XS
SM
MD
LG