Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:06

Nazirlik kərə yağlarının qiymətində süni artım cəhdi olduğunu bildirir


Arxiv fotosu
Arxiv fotosu

İqtisadiyyat və Sənaye Nazirliyi fevralın 26-da daha bir şirkət - “Komrad” MMC əleyhinə araşdırma başlayıb. Bu barədə yayılan rəsmi məlumatda bildirilir ki, bu şirkət bazarda “Tulçinka” kərə yağlarının qiymətində süni artım və qıtlıq yaratmağa cəhd edib.

Nazirliyin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin məlumatında belə deyilir.

Nazirlik fevralın 26-da bazarda yağ təhizatçısı olan daha bir şirkət “Vest Product Marketinq” MMC haqqında da araşdırmalara başlayıb.

Hələlik xəbərdə ittiham olunan şirkətlərin bu mövzuda hər hansı açıqlaması yoxdur.

Prezident İlham Əliyev bugünlərdə bildirmişdi ki, Azərbaycanda manatın məzənnəsi endirilsə də ölkədə xüsusilə ərzaq mallarının qiymətlərinə bunun təsiri olmamalıdır. Dövlət başçısı qeyd edib ki, ərzağın əsas hissəsi Azərbaycanın özündə istehsal edilir deyə bu istiqamətdə bahalaşma olmamalıdır. Dövlət başçısı ərzağı bahalandıranaların cəzalandırılacağını deyirdi.

“Tulçinka” kərə yağları Azərbaycana Ukraynadan idxal edilir.

XS
SM
MD
LG