Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 02:48

Sabirabadda Qarabağ qazisi çarəsizlikdən özünü asdı


-

Martın 6-da axşam saatlarında Sabirabadda dəhşətli intihar hadisəsi baş verib. 39 yaşlı Sabirabad sakini Cəbrayıl Həsənov Kür çayının üstündəki körpüdə özünü asıb.

Bu haqda “Azadlıq” qəzeti yazır.

“Mərhumun üzərinə baxış zamanı ailə üzvlərinə ünvanladığı məktub tapılıb. C.Həsənov məktubunda maddi imkansızlıqdan atasına layiqli övlad ola bilmədiyi üçün əzab çəkdiyini, banklara olan borcunu ödəyə bilmədiyindən çıxış yolunu intihar etməkdə gördüyünü yazıb. O, yaxınlarına vəsiyyət edib ki, xərc çəkib ona yas məclisi qurmasınlar. Onu tanıyanlar bildirir ki, C.Həsənov həddən artıq təvazökar və ədəbli, böyük-kiçik bilən insan olub. Qarabağ savaşında iştirak edib, amma təvazökarlıqdan heç vaxt qaziliyini üstünlük və imtiyaz səbəbi kimi qabartmayıb. Rayonda köhnə avtomobili ilə taksi xidməti göstərirmiş”.

C.Həsənov ailəli olub, üç uşağı var. Böyük oğlu hazırda hərbi xidmətdədir.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

“Mənə demişdilər ki, sən manatla ödəyərsən”

Azərbaycanda manatın kəskin ucuzlaşdırılmasından sonra dollarla götürülmüş kreditlərin ödənişi mübahisələrlə müşayiət olunur.

Bu, fins.az əməkdaşlarının kütləvi kreditləşmə ilə məşğul olan bankların filiallarında apardığı müşahidələr nəticəsində məlum olub. Bank işçiləri ilə ən çox mübahisə edənlər yaşlı nəslin nümayəndələridir.

“Məsələ ondadır ki, devalvasiyadan əvvəl yaşlılara kredit verən bank mütəxəssisləri onlara rahat olsun deyə ödənişi manatla etməyi təklif ediblər. Bu zaman aylıq ödəniş köhnə məzənnəyə uyğun hesablanıb və ödənilib. İndi isə manatla ödəniş edənlərə bildirilir ki, onların ödəmək istədikləri məbləğ lazım olandan 30-40% azdır. Bu isə əsasən təqaüdçü müştərilər arasında narazılıq yaradır: “Mən o vaxt kredit götürəndə işçinizə dedim ki, mənim dollardan başım çıxmır, o da dedi ki, sən manatla ödəyərsən. İndi də gəlmişəm, mənə deyirlər ki, verdiyin pul azdır, çox ödəməlisən” – deyə yaşlı qadın narazılığını fins.az əməkdaşı ilə söhbətində bildirib.

Deputat olmaq istəyən şou əhli

Zeynəb Xanlarova
Zeynəb Xanlarova

Şou-biznes əhli builki parlament seçkilərə qatılmaq istərdimi?

Lent.az saytı bu sualla şou əhlinə müraciət edib.

Müğənni Elza Seyidcahan bildirib ki, “Mənim millət vəkili olmaq istəyimlə bağlı olan açıqlamam müzakirələrə səbəb oldu. Bir çoxları fikrimi tənqid etsə də, məni dəstəkləyənlər də çox idi. Çox şadam ki, fikrim bu cür reaksiya, münasibət doğurub, mütləq seçkilərdə mandat üçün namizədliyimi irəli sürəcəm. Qərarımı vermişəm, fikrim qətidir”.

Prodüser Təranə Səmədovanın cavabı belə olub: “Nə yalan deyim... Bu barədə düşünmüşəm. Gələcəkdə namizədliyimi irəli sürmək istəyirəm”.

Müğənni Əli Mirəliyev isə bildirib ki, “Hər kəs bacardığı işlə məşğul olmalıdır. İndi bəzi müğənnilər var ki, Milli Məclisdə yer tutublar. Məsələn, Zeynəb Xanlarova yaxşı işlər görür. Amma başqa incəsənət adamları sadəcə oturublar orda. Mən millət vəkili olsaydım, çox işlər görərdim. İlk növbədə xalqın musiqisini öz qaydasına qoyardım. Özümdən savayı Alim Qasımov, Azər Zeynalov, Teymur Əmrahı millət vəkili kimi görürəm. Çünki onlar oxumaqda öz sözlərini deyiblərsə, millət vəkili kimi də öz sözlərini deyə bilərlər”.

XS
SM
MD
LG