Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:09

Naxçıvana İran və Türkiyədən tərəvəz qadağası...


Arxiv fotosu
Arxiv fotosu

.

Gözlə

No media source currently available

0:00 0:04:02 0:00
Direct-ə keçid

AzadliqRadiosu ilə söhbətində belə Naxçıvan sakinlərindən biri deyir ki, İranda ucuzluq olduğundan ayda bir dəfə ev üçün oradan bazarlıq edirmiş. Lakin ötən ayında sonunda İradan bazarlıqdan qayıdanda Culfa Gömrük Məntəqəsinin Naxçıvan hissəsində aldığı məhsulların əksəriyyətini saxlayıblar.

Söhbət etdiyimiz Naxçıvan sakinlərinin fikrincə, Naxçıvana bəzi tərəvəz məhsullarının gətirilməsinə qadağa qoyulub. Onlar deyirlər ki, digər tərəvəzlərə müəyyən limit tətbiq olunsa da xiyar və pomidorun kənardan Muxtar Respublikaya gətirilməsi mümkünsüzdür.

Sakinlər əmindir ki, bu qadağa Naxçıvanda xiyar və pomidor yetişdirən “Naxçıvan bağları” müəssisəsinə aid 2 böyük istixananın istifadəyə verilməsindən sonra tətbiq olunmağa başlayıb. Bundan əlavə sakinlər bildirir ki, istixanalar açılanda qiymətlərin enəcəyini ümid etsələr də əksinə bir neçə qat bahalanmanın şahidi olublar.

Onlar iddia edirlər ki, həmin istixanalar yüksək vəzifəli məmurların qohumlarına məxsusdur və qoyulan qadağa da həmin istixanalarda istehsal olunan məhsulların satışını təmin etməyə hesablanıb. Bundan əlavə, sakinlər deyirlər ki, bir müddətdir ki, kartofun da Muxtar Respublikaya gətirilməsinə qoyulan məhdudiyyət azaldılıb. Əvvəl hər adam 10 kq. gətirə bilirdi, indi bu limit 2 kq.a endirilib.

“ONLAR SAHİBKARKARDIR, SÖZ DEYƏ BİLMƏRİK”

Təhlükəsizliyinə görə adının çəkilməsini sitəməyən Naxçıvan sakini vəziyyət haqqında bunları deyir:

“İran ucuzluqdu deyə evin alverini oradan edirdik. Bu vaxta kimi 30 kilo nə istəyirdin alıb gətirə bilirdin. Bununla bir ay birtəhər ötüşürdük. İndi həmin limit 10 kiloya endirilib. Üstəlik də xiyar-pomidor olmaz, kartof da cəmi 2 kilo olar. Kartofu Naxçıvana yalnız İqtisadi İnkişaf Nazirliyinin xətti ilə gətirmək olar. Onlar da gətirib yığır anbarlara, baha qiymətə dükanlara paylayırlar.

İranda kartofun kilosu 20-30 qəpikdi. Naxçıvanda həmin kartofu bizə 1 manata satırlar. Bizə gətirməyə imkan vermirlər. Xiyar və pomidorun qiyməti bu dəqiqə bazarlarda 3-4 manatdır. İranda isə 50 qəpikdir.

İstixanalar açılmamışdan İrandan gələn xiyar-pomidorun qiyməti Naxçıvanda 1 manatdan baha olmurdu. İndi, heç 1 kilo belə gətirməyə imkan vermirlər. Bunlar da istədiyi qiyməti qoyurlar üstünə. Culfa rayonunda və Kəngərli rayonunun Böyükdüz kəndində 4-5 hektarlıq parniklər əkiblər. Həmin vaxtdan pomidor-xiyar gətirməyə imkan vermirlər. Nazirliyə zəng vururuq, deyir onlar sahibkardır, söz deyə bilmərik”.

“VASİF TALIBOVUN XƏBƏRİ YOXDUR...”

Naxçıvan sakini əmindir ki, bu haldan Naxçıvan rəhbərliyinin xəbəri yoxdur:

“300-400 manat maaş alıram. Gedib İrandan alver edirəm ki, qabağa düşəm. Onu da əlimdən alıb qırağa qoyurlar. Gedəndə deyirlər, xiyar-pomidor olmaz, kartof olmaz.

Bəlkə də bu işlərdən cənab sədr Vasif Talıbovun xəbəri yoxdur. Çox güman ki, bunlar özbaşına edirlər bunu. Maaşım azdır, bu qiymətə pomidor-xiyar ala bilmirəm. Bəzən uşaq ağlayır ki, ona pomidor-xiyar alım. İmkan olmur, almıram. Adamın əli gəlmir ki, o qədər pulu pomidor-xiyara versin.

Bundan əlavə parnikdə məhsul olmyanda Naxçıvanda xiyar-pomidor tapılmır. Gərək gözləyək parnikdə çıxa, dükanlara paylana, sonra camaat ala. Belə özbaşınalıq olar?”

Arxiv fotosu: Vasif Talibov «Naxçıvan bağları» istixana kompleksinin açılışında.
Arxiv fotosu: Vasif Talibov «Naxçıvan bağları» istixana kompleksinin açılışında.

RƏSMİLƏR TƏKZİB EDİR...

Naxçıvan Muxtar Respublika Dövlət Gömrük Komitəsindən səslənən fikirlərlə bağlı AzadlıqRadiosunun suallarına cavab vermək istəmədilər.

Naxçıvan İqtisadi İnkişaf Nazirliyindən isə yerli sakinlərin iddialarını rədd edirlər. Nazirlikdən AzadlıqRadiosuna bildirdilər ki, istixanalar heç bir vəzifəli şəxsin qohumuna məxsus deyil və Naxçıvana məhsulların gətirilməsi isə qanunla tənzimlənir.

Ötən ilin dekabrında Kəngərli rayonunda müasir tipli «Naxçıvan bağları» tərəvəz məhsulları istixana kompleksi istifadəyə verilib. “Şərq qapısı” qəzetinin məlumatına görə, həmin kompleksin açılışında Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov da iştirak edib.

Məlumatda bildirilirdi ki, ilkin mərhələdə kompleksdə 21 min xiyar, 105 min pomidor ştili əkilib.

Bundan əvvəl Culfa rayonunda da bu cür istixana istifadəyə verilmişdi.

XS
SM
MD
LG