Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 08:49

Bakıda gecə vaxtı qızı döyməkdə təqsirli bilinənlərdən biri həbs olunub


Youtube videosundan görüntü
Youtube videosundan görüntü

.

QARDAŞLARDAN BİRİ HƏBS EDİLDİ

Martın 18-də Bakı Apellyasiya Məhkəməsində bir neçə gün əvvəl gecə vaxtı Bakıda bir qızı döyməkdə təqsirləndirilən şəxslərdən biri Zaur Məmmədov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Onun qardaşı Elin Məmmədov isə zaminə buraxılıb.

Hakim Sahibxan Mirzəyevin sədrlik etdiyi iclasda təqsirləndirilən Zaur və Elin Məmmədovlar özləri də iştirak ediblər.

Təqsirləndirilən Zaur və Elin Məmmədovların anası Gülnarə Məmmədova prosesdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, videogörüntüdəki şəxslər onun övladları deyil:

“Həmin görüntülərdə heç kimin üzü görünmür. Həmçinin maşının nömrəsi də düşməyib. Mən Ülkər İsayeva adlı qadın tanımıram. Oğlanlarımın da həmin qadınla münasibətlərinin olması barədə xəbərim yoxdur. Mətbuatda bizim bahalı avtomobilimizin olması barədə məlumatlar yayılıb. Qeyd edirəm ki, həmin avtomobil bahalı deyil”.

Martın 16-sı sosial şəbəkələrdə yayılan video görüntüdəiki gənc oğlanın bir qızı maşından endirib döyməsi əks olunub. Azərbaycanda müxtəlif internet saytları qızın Xəzər Universitetinin təsisçisi Hamlet İsxanalının qızı Ülkər İsayeva, onu döyənlərin isə Elin və Zaur Məmmədov qardaşları olduğunu yazırlar.

Baş vermiş hadisə ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və prokurorluq iş üzrə təqsirləndirilən Məmmədov Zaur Muxtar oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə müraciət edib. Lakin Xətai rayon Məhkəməsi vəsatətini təmin etməyib.

Həmin qərardan Bakı şəhər Prokurorluğu tərəfindən apellyasiya protesti verilib.

Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı da olayla bağlı mətbuata açıqlama verib. Bildirib ki, videogörüntü döyülən qadın onun qızı Ülkər İsayeva deyil.​

HAMLET İSAXANLIDAN AÇIQLAMA - "DÖYÜLƏN MƏNİM QIZIM DEYİL"

Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı martın 18-də yaydığı açıqlamada onun qızının bir neçə gün əvvəl Bakıda döyülməsi barədə yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.

Hamlet İsaxanlı
Hamlet İsaxanlı

APA-nın yaydığı açıqlamada deyilir ki, Hamlet İsaxanlı videogörüntülərdə döyüldüyü görünən qızın əslində onun övladı Ülkər İsayeva deyil:

“Mənim qızım öz rəfiqələri və dostları ilə bərabər 8 Mart bayramını qeyd edirlər. Sonda, dağılışanda qızları evlərinə ötürərkən mənim qızım olan maşına məclisdə iştirak edən Katya adlı bir qızı da götürürlər ki, onu da yaşadığı yerə buraxsınlar. Yolda həmin qız, yəqin ki, bir qədər içkili olduğundan, söyüşlər söyür, tərbiyəsiz sözlər işlədir. Maşındakı oğlanlar hirslənir, maşını saxlayaraq onu düşürürlər.

Həmin qızla necə rəftar olunduğu kamera görüntülərində var. Bu kamera görüntülərinin mənim qızıma heç bir aidiyyəti yoxdur. Bundan sonra oğlanlar hüquq-mühafizə orqanları tərəfindən dindirilir və etdikləri hərəkətlərə görə cəzalandırılacaqları bildirilir. Mənim qızım da dostlarını cəzadan xilas etmək üçün ifadə verərək “kamera görüntülərindəki o qız mənəm və heç bir şikayətim yoxdur” deyir. Qızımın günahı da məhz budur.

Sonra həmin video görüntülər məhkəmə işçisi, mümkündür ki, müstəntiq tərəfindən mətbuata ötürülür, internetə qoyulur, bununla da həqiqətə uyğun olmayan, yanlış informasiya yayılır”.

Hamlet İsaxanlı açıqlamasının sonunda prokurorluqdan bu video görüntüləri internetə yerləşdirəni müəyyənləşdirib uyğun tədbir görməsini istəyib.

Martın 16-sı sosial şəbəkələrdə yayılan video görüntüdə iki gənc oğlanın bir qızı maşından endirib döyməsi əks olunub. Azərbaycanda müxtəlif internet saytları döyülən şəxsin Xəzər Universitetinin təsisçisi Hamlet İsxanalının qızı Ülkər İsayeva, onu döyənlərin isə Elin və Zaur Məmmədov qardaşları olduğunu yazırlar.

Ülkər İsayeva
Ülkər İsayeva

Qızı döyməkdə ittiham olunan şəxslər - Elin və Zaur Məmmədov martın 12-də Bakı şəhər Prokurorluğuna dəvət olunublar. Həmin gün qardaşlardan biri, Zaur Məmmədov saxlanıb və ona qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov dünən AzadlıqRadiosuna müsahibəsində bildirirmişdi ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və istintaq aparılır:

“Martın 14-də hadisəni törətməkdə şübhəli bilinən şəxsə ittiham elan edilib. Ülkər İsayevanın döyülməsində təqsirkar bilinən hər iki şəxs barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilib. Xətai Rayon Məhkəməsinin çıxardığı qərara əsasən, Zaur və Elin Məmmədov qardaşları məhkəmə zalından azad ediliblər”.

Amma sonradan Bakı şəhər Prokurorluğunun verdiyi etiraza əsasən Bakı Apelyasiya Məhkəməsi işə yenidən baxmağa başlayıb.

Hələlik Hamlet İsaxanlının adını çəkdiyi Katya adlı xanımın nə özü, nə də vəkillərinin bu hadisə barədə hər hansı açıqlaması yoxdur.

Qızı döyənlərin şəxsiyyəti ilə bağlı da internet saytlarında cürbəcür məlumatlar səslənir. İlkin məlumatlarda həmin qardaşların atası Muxtar Məmmədovun keçmiş hakim olduğu deyilirdi.

Mətbuatda yayılan məlumatlara görə qardaşlar haqqında həbs qərarının seçilməməsində ataları Muxtar Məmmədovun rolu olub.

Azərbaycan mediasının xəbərinə görə dünənki məhkəmədə iştirak edən və həmin oğlanların anası olduğu bildirilən Gülnarə Məmmədova deyib ki, onlar adi iş adamlarıdır, Ülkər İsayeva adlı xanım tanımırlar.

Bakıda təhlükəsizlik kameraları vasitəsilə çəkildiyi deyilən görüntüləri burada izlə:

XS
SM
MD
LG