Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:52

Ramiz Mehdiyev hardadır?


Ramiz Mehdiyev
Ramiz Mehdiyev

-

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev... Bir neçə aydır ondan nə səs var, nə soraq. O, son zamanlardakı dövlət əhəmiyyətli tədbirlərin heç birində rəsmi şəxslər arasında görünməyib, obyektivlərə tuş gəlməyib. Elə bu günlərdə keçirilən Novruz şənliyində o yox idi.

Elə ötən ilin dekabrına da nəzər salaq. Hər il eks-prezident Heydər Əliyevin vəfatının ildönümünRamiz Mehdiyev prezident İlham Əliyevlə bərabər onun məzarını ziyarət edən rəsmilər arasında olurdu.

Təkcə 2014-cü ilin dekabrında Heydər Əliyevin məzarı başındakı dövlət rəsmiləri arasında Ramiz Mehdiyev gözə dəymədi.

Və ya, 20 yanvar hadisələrinin ildönümünu xatırlayaq... Hər il Fəxri Xiyabana baş çəkən dövlət rəsmiləri arasında olan Ramiz Mehdiyev də olurdu. Lakin 2015-ci ildə onu rəsmi şəxslər arasında görən olmadı.

Elə bugünlərdə keçirilən Novruz şənliyində də gözlər Ramiz Mehdiyevi axtardı, ancaq yox idi.

Sual oluna bilər ki, bəlkə administrasiya rəhbəri yorulub, məzuniyyətdədir?

Əvvəllər Admnsitrasiya rəhbəri məzuniyyətə çıxanda bu barədə ictimaiyyətə məlumat verilirdi. Bu məlumat yoxdursa, deməli məsələ məzuniyyətdə deyil. Ölkənin ikinci rəsmi şəxsi barədə mənbəsiz informasiyalar da dolaşır.
Onun Almaniyadakı xəstəxanaların birində müalicə aldığı, durumunun elə də yaxşı olmadığı deyilir. AzadlıqRadiosunun bu məlumatın doğruluğunu yoxlamaq imkanı hələ ki, yoxdur.
“Ramiz Mehdiyev hardadır?”sualı cavabını axtarır.

Əli Həsənov
Əli Həsənov

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AzadlıqRadiosuna ölkə xaricində olduğunu, sualları cavablandıra bilməyəcəyini dedi.

Administrasiya rəhbərinin müavini Novruz Məmmədov tədbirdə olduğunu, sonra təkrar əlaqə yaratmağı xahiş etdi və bir daha telefonlara cavab vermədi.
Azərbaycanda qeyri iş günləri olduğundan digər rəsmilər ilə əlaqə saxlamaq mümkün olmadı.

Şərq-Qərb Araşdırmaları mərkəzinin rəhbəri Ərəstun Oruclu Ramiz Mehdiyevin səhhəti ilə bağlı ortalıqda olmaması fikrinin üstündə dayanır. Ekspert əsas diqqəti onun postunun bir neçə aydır ki, boş qalmasına çəkir. Ərəstun Oruclu bildirir ki, postun buraxılması hələ ki hökümətə sərf etmir:

Hakimyət daxilində də bu posta can atan kifayət qədər şəxs və qurumlar var. Onun təqaüdə göndərilməsi həssas durumu poza bilər

“Səhhətindəki problemlərə görə onu təqaüdə də göndərmək olar, yaşı 75-dən çoxdur. Önəmli olan onun hansı səbəblərdən ortada olmaması deyil, önəmli olan onun hələ də formal olaraq postda qalmasıdır. Hakimiyyət daxilində də bu posta can atan kifayət qədər şəxs və qurumlar var. Onun təqaüdə göndərilməsi həssas durumu poza bilər.”

Prezident Administrasiyasının ictimai-siyasi söbəsinin müdiri Əli Həsənov fevralın ortalarında yeni vəzifəyə təyin edilir. İndi o, Prezidentin İctimai-siyasi məsələləri üzrə köməkçisidir. Bu təyinat Ramiz Mehdiyevin müalicə üçün ölkədə, postda olmaması barədə fikirlərin dolaşdığı zamana təsadüf edir.
Ərəstun Oruclu bu təyinatın sətiraltı mesajı olduğunu deyir:

Ərəstun Oruclu
Ərəstun Oruclu

“Ola bilsin ki, Əli Həsənova da yeni vəzifə verilməsi hakimiyyət daxili sakitlik yaratmaq üçündür ki, baxın, artıq həmin posta namizəd var. Post uğrunda mübarizəyə ehtiyac yoxdur. Ramiz Mehdiyevin postda olmaması, onun yerinə təyinatın olmaması, Əli Həsənovun köməkçi təyin olunaraq sətiraltı mesaj verilməsi ona görədir ki, hakimiyət daxilində sabitlik, tərəflər arası balans qorunub saxlanılsın. Kəskin addım hakimiyyətdaxili sabitliyi poza bilər.”

Ərəstun Oruclu yaxın bir neçə ayda ölkənin ikinci şəxsi postunda dəyişiklik olmayacağını ehtiimal edir.

Ramiz Mehdiyev 1995-ci ildən Administrasiyanın rəhbəridir.

XS
SM
MD
LG