Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:54

DİN-in keçmiş idarə rəisi Azər İsmayılovun qətliylə bağlı dindirmə qapalı keçirilib


Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun və daha 26 nəfərin oktyabrın 31-də keçirilən məhkəmə prosesində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçmiş rəisi Azər İsmayılovun qətli epizodu üzrə dindirmə qapalı keçirilib. Zərərçəkən qismində ifadə verən Azər İsmayılovun bacısı Rəna Nahidova dindiriləndə hakim prosesin bu hissəsini qapalı elan edib və mətbuat nümayəndələri zaldan çıxarılıb.


Hələ iki ay əvvəl məhkəmə prosesi başlananda Hacı Məmmədov Azər İsmayılovun qətli epizodu üzrə «çox lazımlı ifadələr» verəcəyini demişdi və məhkəmənin qapalı keçirilməsini xahiş etmişdi.


Bu ifadəyə qədər isə işlə bağlı ayrı-ayrı qətllər üzrə bir neçə zərərçəkənin ifadəsi dinlənib. Məhkəmə prosesi oktyabrın 31-də davam edəcək.


Hacı Məmmədov və onun rəhbərlik etdiyi bildirilən 26 nəfərlik dəstə qətllər törətməkdə və adam oğurluğunda ittiham olunur.


XS
SM
MD
LG