Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:38

Mehriban Əliyeva: «Bakı bütün Avropanı qəbul etməyə hazırdır»


Mehriban Əliyeva
Mehriban Əliyeva

-
Rusiya paytaxtında «Bakı-2015» Avropa oyunlarının təqdimat mərasimi keçirilib.

apa xəbər verir ki, aprelin 10-da keçirilən təqdimatda iştirak edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Rusiya-Azərbaycan arasındakı dostluq münasibətlərindən danışıb: «İkitərəfli münasibətlərə yeni impulsu Rusiya prezidenti Vladimir Putin-in 2013-cü ilin yayında Azərbaycana gerçəkləşdirdiyi səfər verib. Rusiyanın nüfuzlu dövlət adamlarının rəhbərlik etdiyi nümayəndə heyətlərinin ilboyu Azərbaycana səfərləri iki ölkə arasında münasibətlərə öz töhfəsini verib».

«AVROPA OYUNLARI YAY OLİMPİYA OYUNLARI İLƏ BİR SƏVİYYƏDƏ KEÇİRİLƏCƏK»

Mehriban Əliyeva ölkədə bütün idman obyektlərinin tikildiyini, Azərbaycanın yarışlara hazır olduğunu qeyd edib: ««Bakı-2015» Avropa idman tarixində yeni səhifə açacaq. Bizim üçün Birinci Avropa Oyunlarını keçirmək, təşkil etmək və qəbul etmək böyük qürur və məsuliyyətdir. Oyunlarda 20 idman növündə 6 mindən çox atlet iştirak edəcək.

«Bakı-2015» gələcəkdə keçiriləcək Avropa Oyunları üçün standart olacaq. Əminəm ki, Avropa Oyunları yay Olimpiya oyunları ilə bir səviyyədə keçiriləcək. Bunun üçün lazım hər şey edilib. Güclü təşkilat komitəsi yaradılıb. Biz beynəlxalq idman təşkilatları, Avropa Olimpiya Komitəsi, beynəlxalq federasiyalar ilə əməkdaşlıq edirik. Könüllülər tərəfindən böyük dəstək var. Minlərlə azərbaycanlı gənc Avropa oyunlarında könüllü olmaq istəklərini bildiriblər. Biz Olimpiya kəndimiz ilə fəxr edirik. Ümid edirəm ki, Rusiya idmançıları bu məkanda qalmaqdan zövq alacaqlar. Bu gün deyə bilərəm ki, Bakı bütün Avropanı qəbul etməyə hazırıdır».

Mərasimə Rusiya Dövlət Dumasının sədri Sergey Naryshkin, baş nazirin müavinləri Dmitry Rogozin və Arkady Dvorkovich, xarici işlər nazirinin müavini Grigory Karasin, işadamı Alisher Usmanov, VTB bankın sədri Andrey Kostin, Rusiya Olimpiya Komitəsinin prezidenti Alexander Zhukov və başqaları qatılıblar.

BAKIDAN TƏNQİDLƏR

Bəzi azərbaycanlı iqtisadçılar Birinci Avropa Oyunlarının ölkə büdcəsinə baha başa gəldiyini, idman infrastrukturunun qurulmasına və digər məsələlərə 4 milyard manatdan çox vəsaitinin xərcləndiyini deyirlər. Hökumətin yarış iştirakçılarının bütün xərclərini ödəmək istəməsi də tənqid hədəfi olub.

Siyasi fəallar isə Birinci Avropa Oyunları ərəfəsində diqqəti ölkədə insan haqlarının və demokratiyanın vəziyyətinə yönəltməyə çalışırlar.

XS
SM
MD
LG