Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 16:03

Təhsil, səhiyyə sistemində gizləmə, mənimsəmə halları aşkarlanıb


Arxiv fotosu
Arxiv fotosu

-

Təhsil, səhiyyə sistemində, yerli icra hakimiyyətlərində yoxlamalar zamanı 3 mindən 30 minə qədər düzgün sənədləşdirməmə, gizləmə və ya mənimsəmə halları aşkarlanıb.

Bununla bağlı Hesablama Palatasının 2014-cü ilə dair hesabatında qeyd olunub. Bu gün – aprelin 14-də Hesablama Palatasının sədri Vüqar Gülməmmədov parlamentə illik hesabatı təqdim edib. Təxminən 1 saat yarımlıq dinləmələr və müzakirələrdən sonra parlament hesabatı qəbul edib.

HESABAT ƏSAS SAHƏLƏTİ ƏHATƏ EDİRMİ?

İqbal Ağazadə
İqbal Ağazadə

Deputat İqbal Ağazadənin fikrincə, Hesablama Palatası büdcə üzərində nəzarəti tam həyata keçirə bilmir. Fikrini onunla əsaslandırır ki, yoxlama səthi aparılıb, fundamental investisiya qoyuluşları olan sahələrə diqqət yetirilməyib.
«Hesabatın təqdimatında ölkə iqtisadiyyatı, büdcənin müsbət göstəriciləri sadalandı. Sonra büdcə pullarının xərclənməsi ilə bağlı audit və komissiya yoxlamaları haqda kiçik detallar səsləndirildi. Vəssalam».

30 MİNƏ QƏDƏR MƏNİMSƏ HALLARI AŞKARLANIB…

İqbal Ağazadə deyir ki, 2014-cü ilin hesabatı ilə tanış olduqda məlum olub ki, hesablama palatasının yoxlama apardığı bəzi sahələrdə qanun pozuntuları aşkarlanıb. Amma qanunu pozanlarla bağlı cinayət məsuliyyətinə cəlb edilən olmayıb:

«Biz tez-tez rast gəlirik ki, hansısa müəssisədə vergidən yayınma və ya mənimsə halları ilə bağlı cinayət məsuliyyətinin müvafiq maddəsi üzrə cinayət məsuliyyətləri nəzərdə tutulub. Amma Hesablama Palatasının hesabatında bəzi dövlət müəssisələrində 3 min, 5 min, 10 min hətta 30 min manat mənimsə, vergidən yayınma halları aşkarlanıb. Amma heç biri ilə bağlı qanunu pozanlar cinayət məsuliyyyətinə cəlb olunmayıb. Mənimsəmə cinayət faktıdır, bununla bağlı Hesablama Palatası Baş Prokurorluğa və digər adiyyatı olan qurumlara məlumat verməldir. Bu hallar var idi, mən də dedim düzəlt və çıxdım getdim, belə olmur».

AZƏRBAYCANIN GƏNC HESABLAMA PALATASI VƏ ALMANİYA TƏCRÜBƏSİ…

Faik Nəcəfov
Faik Nəcəfov

Hesablama Palatasının rəsmisi Faik Nəcəfov tədbirlərin birində bildirmişdi ki, Palata bütün aşkarlanan məlumatları Parlamentə tədqim edir:

«Biz hər bir yoxlamanın nəticəsi barədə Milli Məclisə məlumat veririk. Hesablama Palatası yeni yaranmış qurumdur. Daim beynəlxalq təcrübəni öyrənir. Büdcəyə nəzarəti daha əhatəli edə bilmək üçün daim inkişaf edir. Almaniyalı mütəxəssis dəvət etdik, onun iştirakı ilə 2012-2014-cü illərdə strateji inkişaf planı hazırlandı və təsdiqləndi. Həmin planda konrekt hədəflərimizi müəyyənləşdirdik. Bizim qurum gənc qurumdur, kadrları gəncdir. Nələrisə qısa zamanda dəyişmək mümkün deyil. Amma Hesablama Palatası daim çalışır ki, ətraflı nəzarəti həyata keçirsin».

Azərbaycanda Hesablama Palatası yeni yaransa da bəzi dünya ölkələrində 50 ildən çox təcrübəsi olanlar da var. Almaniya təcrübəsindən bir misal:

Almaniyanın Hesablama Palatası öz ölkəsinin Nəqliyyat Nazirliyinə yeni tunelin inşasına lüzum görmədiyini bildirmişdi. Palata problemin həlli yollarını da göstərirdi. Palatanın fikrincə, yeni işıqforların quraşdırılması tunelin inşasına olan ehtiyacı aradan qaldırırdı. Bununla da Almaniya dövlət büdcəsi 12,7 milyon avroya qənaət etmiş oldu.

Beynəlxalq təcrübədə, Hesabalama Palataları təkcə pulun hara və necə xərclənməsinə nəzarət etmir, həm də pulun lüzumsuz sahələrə ayrılmasının qarşısını ala da bilər.

XS
SM
MD
LG