Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:50

Polşa: Amerikanın “Patriot” raketləri rusların “İskander”ini vura bilər


Polşa və ABŞ hərbçiləri "Patriot" raketlərinin sınağında.
Polşa və ABŞ hərbçiləri "Patriot" raketlərinin sınağında.

Belə bir ehtimalı hələ 2011-ci ildə Rusiyanın o vaxtkı prezidenti Medvedev dilə gətirmişdi.

Polşa müdafiə nazirinin müavini Cheslav Mrochek deyib ki, Amerikanın “Patriot” raketlərinin son modifikasiyaları Rusiyanın ən mükəmməl “İskander” raketlərini vurmaq üçün bütün göstəricilərə malikdir.

Polşada çıxan “Gazeta Wyborcza” qəzetinə müsahibəsində nazir müavini deyib ki, elektron modelləməsi PAC-3MSE (“Patriot”) sisteminin Rusiyanın ən mükəmməl əməliyyat-taktiki raketlərini vura biləcəyini göstərib.

Belə bir ehtimalı hələ 2011-ci ildə Rusiyanın o vaxtkı prezidenti Medvedev dilə gətirmişdi.

Hazırda Rusiya Polşa ilə həmsərhəd eksklavı olan Kalininqradda “İskander” raket qurğularını yerləşdirmək istəyir.

Rusiya ekspertləri bildiriblər ki, onlar belə bir modelləmənin keçirildiyinə inanırlar, lakin bunu polyaklar yox, çox güman amerikalıların özləri ediblər.

Ekspertlərin fikrincə, hətta bu halda da onlar “İskander”in bütün parametrlərini nəzərə ala bilməzdilər.

Bir sözlə ruslar “Patriot”un “İskander”i vura biləcəyinə o qədər də inanmırlar – yazır Rusiya mediası.

Mrochek bildirib ki, müvafiq müqavilə imzalandıqldan sonra, Polşa “Patriot” raketlərinin iki yeni dəstini cəbbəxanasına əlavə edəcək.

XS
SM
MD
LG