Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 15:29

Samir Şərifov: «Azərbaycanda infrastrukturun inkişafına 30 milyard dollar xərclənib»


Azerbaijan -- Minister of Finance Samir Sharifov - 16May2014
Azerbaijan -- Minister of Finance Samir Sharifov - 16May2014

-

2006-cı ildən 2015-ci ilə qədər Azərbaycanda infrastrukturun inkişafına, xüsusilə də fiziki infrastruktura 30 mlrd. dollar yönəldilib.

apa-nın xəbərinə görə, bunu Bakıda Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında maliyyə naziri Samir Şərifov bildirib.

Onun dediyinə görə, digər inkişafda olan ölkələr kimi, Azərbaycan da sosial infrastrukturun inkişafına investisiya yatırıb:

«Sosial infrastruktura xərclənən hər 1 dollar 5-20% ÜDM artımına təsir imkanına malikdir. Təbii ki, maliyyə ehtiyatları məhdudiyyətsiz deyil. PPP modeli isə bunun həlli yollarından biridir. Bu model vasitəsilə sıxıntılar aradan qaldırılmaq lazımdır ki, uzunmüddətli sərmayələri təmin etmək mümkün olsun. Lakin əsas məsələ ondan ibarətdir ki, özəl investorlar bu sahədə riskə getməkdə nə qədər maraqlıdır. Təbii ki, onlar az riskli layihələrə sərmayələr yatırmaqda maraqlıdırlar. Dövlət isə bu cür investorlara münbit və xüsusi şərait yaratmalıdır ki, onların kapitalını cəlb edə bilsin».

S.Şərifov əlavə edib ki, Azərbaycanda Dövlət Neft Fondunun vasitəsilə ölkə daxilində infrastruktur layihələri həyata keçirilir. Bundan başqa, Azərbaycan İndoneziya, Filippin və digər ölkələrdə yaradılan xüsusi təsisatların təcrübəsini öyrənməkdə və tətbiqində maraqlıdır.

XS
SM
MD
LG