Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:41

«Proletari»ni «Vətən»ə çevirən və Nigarı özünə yar edən şair [audio]


Rəsul Rza və Nigar Rəfibəyli
Rəsul Rza və Nigar Rəfibəyli

-

İz - «Proletari»ni «Vətən»ə çevirən və Nigarı özünə yar edən şair
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00

Mayın 19-da Azərbaycanın Xalq şairi Rəsul Rzanın 105 yaşı tamam olur.

Yalnız poeziyası deyil, ictimai-siyasi fəaliyyəti də ona ad qazandırdı. Fərqli bir zamanda doğulsaydı, bəlkə də, daha böyük uğurlara imza atardı.

Amma Rəsul Rza sovetlər zamanında da mümkünsüzü gerçəkləşdirməyi bacardı və dövrünün sayılıb-seçilən şəxsiyyətlərindən oldu.

ƏYNİNDƏ PARUSİN KÖYNƏK, CİBİNDƏ ÜÇCƏ MANAT...

1930-cu ildə əyalətdən Bakıya gəlmişdi. Özü demiş, «əynində parusin köynək, cibində üçcə manat pulla». Di gəl, heç 10 il ötmədən ölkənin tanınmış şairinə çevrildi.

Rəsul Rza şanslı idi - 30-cu illərin repressiya maşınının amansız caynağından sıyrılıb çıxa bildi. Üstəlik, ömür-gün yoldaşı sevgili Nigar xanımı da bu qəzadan qurtardı...

Sovetlər dönəminin ən fəxri adlarını - Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı, Əməkdar İncəsənət xadimi, SSRİ Dövlət Mükafatı laureatı adlarını daşıdı.

Yüksək vəzifələr tutdu: Yazıçılar İttifaqının sədri, Kino naziri, Ensiklopediyanın baş redaktoru, Asiya və Afrika ölkələri ilə Respublika Həmrəylik Komitəsinin sədri və s.

RƏSUL RZA NƏLƏR ETDİ?

Rəsul Rza sovetlər zamanında təkcə bənzərsiz şair kimi yox, həm də, vətənsevər ziyalı kimi şöhrətləndi.

Oğlu Anar demişkən, olmayan yerdən ensiklopediya yaratdı. Sözlük yox idi, sözlük yaratdı. Tarixi xəritələr yox idi - onu da yaratdı.

Sovet Ensiklopediyasında Ermənistan və Gürcüstandakı azərbaycanlı kəndlərini gerçək adlarıyla tanıtmağı bacardı.

Sovetlər dönəmində Azərbaycan tarixi, hətta cümhuriyyət tarixi barədə az-çox obyektiv məlumat verməyə nail oldu.

Rus dilinin hakim olduğu zamanlarda Azərbaycan dilinin müdafiəsinə qalxdı. Yazdığı şeirlərlə Azərbaycan türkcəsinə dad qatdı.

KİNOTETRLARIN ADI DA DƏYİŞDİRİLDİ

Kino naziri çalışanda Bakıdakı kinoteatrların adını dəyişdirə bildi: «Xudojestvennıy» – «Nizami», «Bakkommuna» – «Bakı» oldu. «Zarya Vostoka» – «Azərbaycan»a, «Spartak»- «Araz»a, «Proletariy» – «Vətən»ə, «Elit» – «Bahar»a çevrildi...

«MƏN HANSI BİR İNSANA BƏNZƏDİM Kİ, LENİNİ...»

Düzdür, indi çoxlarının ittiham etdiyi «Lenin» poemasını yazdı, həm də çox güclü qələmlə yazdı.

Repressiya qurbanı Mikayıl Müşfiqə həsr etdiyi «Qızılgül olmayaydı» poemasını yazdı , həm də Müşfiqin timsalında 30-cu illər ədəbiyyatının faciəsini, rejimin eybəcərliyiniqələmə aldı, indiyədək deyə bilmədiklərini dilə gətirdi. O üzdən poemayazılandan xeyli sonra çap üzü gördü.

QARANQUŞ SƏRÇƏNİ ÖZ EVİNDƏN BELƏ ÇIXARIR:

Hərdən Ezop dilinə keçdi:

Qaranquş qondu eyvanın

düyün-düyün pərdisinə.

Cik-cik, bahar gəlib,

biz də gəlmişik!

Baxdı, bir yuva gördü,

Kim var orada, çıxsın

biz gəlmişik.

Sərçə yuvadan çıxardı başını

kimdir qonaq?

Buyursun, qapıda dayanmasın.

Qaranquş hövsələsiz qışqırdı:

Ey, qulaq asın,

Biz qonaq deyilik,

Yuvanı boşalt!!!

«NİGAR, ƏZİZİM! 20 İL ƏVVƏL BORANLI BİR FEVRAL GÜNÜ...»

Beləliklə, mayın 19-da 71 yaşında dünyada köçən bu şairin 105 yaşı tamamlanır.

AzadlıqRadiosunun «İz» proqramı Azərbaycan poeziyasının qoşa qanadını - Rəsul Rzanı sevimli ömür yoldaşı Nigar xanımdan ayırmayıb, iki böyük şairi «Rəsul Rza və Nigar xanım» dastanıyla anmağa qərar verib.

«İz» proqramını dinləsəniz, tarixə dastan olan daha bir sevgi tarixçəsinin izinə düşəcəksiniz.

Üstəlik, 30-cu illər Bakısının ab-havasını yaşayacaqsınız.

Rəsul Rzanın Nigar xanıma yazdığımöhtəşəm məktubu dinləyəcəksiniz.

Nigar xanımın sözlərinə yazılan möhtəşəm mahnıya bir daha heyran olacaqsınız.

XS
SM
MD
LG