Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 22:01

Səməd Seyidov dilemma qarşısında


Səməd Seyidov
Səməd Seyidov

-

«AŞ PA-nın yay sessiyasında baş vermiş hadisələr bizi ciddi düşünməyə vadar edir».

Trend-in məlumatına görə, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin sədri Səməd Seyidov qurumun yay sessiyasının nəticələrinə münasibət bildirərkən deyib.

«Avropa Şurası Parlament Assambleyasının sessiyası yekunlaşdı. Sessiyanın son günündə Azərbaycanda keçiriləcək növbəti parlament seçkilərinə müşahidəçi missiyasının rəhbəri də təyin olundu. Bu, İspaniyadan olan deputat Jordi Xuclà-dır. Hesab edirəm ki, Avropa Şurasında yekdilliklə qəbul olunan bu təyinat Azərbaycanda keçiriləcək seçkiləri obyektiv qiymətləndirəcək və Azərbaycana həm qısamüddətli, həm də uzunmüddətli müşahidə missiyası göndəriləcək. Lakin onu da qeyd etmək istəyirəm ki, bu sessiyada baş vermiş hadisələr bizi ciddi düşünməyə vadar edir: Avropa Şurası ilə yalnız insan haqları sahəsində deyil, ümumiyyətlə, əməkdaşlığa zərurət var, yoxsa yox? Bu, ən ciddi sual və nəticədir ki, AŞ PA-nın yay sessiyasından evə (Azərbaycana - red.) aparırıq».

Jordi Xuclà 2008-ci ildən AŞ PA-nın üzvüdür. Bundan əvvəl, AŞ PA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin rəhbəri təyin olunmuşdu.

İyunun 23-də AŞ PA-nın Strasburqda keçirilən yay sessiyası zamanı Azərbaycanda demokratik institutların vəziyyəti sərt tənqid olunub.

XS
SM
MD
LG