Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:39

Saddam Füzulinin türbəsini uçurtdu, sümüklərini...


haberturk.com
haberturk.com

-

Azərbaycandan gələn nümayəndələr «qəbir məsələsini çözmədən Bağdaddan bir addım da atmayacağıq!» - deyirlər. İraqın Mədəniyyət Nazirliyi ilə üç gün, üç gecə mübarizə gedir...

Tarixçi alim və jurnalist Murat Bardakçı haberturk.com saytında Məhəmməd Füzulinin İraqın Kərbəla şəhərindəki qəbrinin bir neçə dəfə köçürdülməsihaqqında yazı dərc edib.

AzadlıqRadiosu həmin yazını diqqətə yetirir.

Türk ədəbiyyatının ən önəmli adlarından olan Füzuli İraqda yaşayıb. Həyatını Bağdad, Kərbəla və Nəcəf şəhərlərində keçirib. O, 1556-cı ildə dünyadan köçəndə, Kərbəlada - Məhəmməd peyğəmbərin nəvəsi Hüseynin yanında dəfn edilib.

Əsl adı Məhəmməd olan Füzulu Oğuzların Bayat boyundandır və türkçənin ən lirik şairi kimi tanınır.

Dillərdən düşməyən sevgi şeirlərinin, «Leyli və Məcnun»un, «Salam verdim, rüşvət deyil deyə, almadılar» misralarının müəllifi olan Füzulinin Kərbəladakı sümüklərinin başına ölümündən əsrlər sonra o qədər hadisə gəlib ki....

Məhəmməd Füzulinin xəyali portreti
Məhəmməd Füzulinin xəyali portreti

Saddam Hussein-in buldozerləri onun qəbrini uçurdub, sümükləri bir məsciddən o birinə aparılıb.

Daha sonra başqa dövlətlərin də qarışdığı qəbir davası ortaya çıxıb.

Ölümündən 400 il sonra Füzulinin başına gələnləri siz də bilin.

1984-CÜ İLİN PAYIZ GECƏSİNDƏ

1984-cü ildə - isti bir payız gecəsində Kərbəlada Saddam Hussein-in buldozerləri Həzrət Hüseynin türbəsini dövrəyə aldı.

Türbənin qiblə qapısındakı və yaşı əsrlərlə ölçülən günbəzli kiçik tikili yarımca saat içində yerlə bir edildi.

Daş yığınına çevrilən bu tikili Füzulinin üstü bir gün əvvəl açılmış boş qəbri idi.

Şairin sümükləri yığılıb bir qutuya qoyulmuş və yaxınlıqdakı kiçik Sultaniyyə məscidinə yerləşdirilmişdi.

Füzulinin sümükləri illərlə həmin məsciddə qalıb. Yola görə buldozerlər bu məscidi də uçurdur. Bu dəfə şairin sümükləri uçurulan məscidin nə cürsə salamat qalan bağçasına köçürülür.

MOSKVADAN FÜZULİYƏ GÖRƏ NOTA

O günlərdə İraq Moskvadan nota alır. Notada Sovet İttifaqının tərkibində olan Azərbaycanın şairi kimi tanınan Füzulinin məzarı ətrafında baş verənlərdən narahatlıq dilə gətirilir.

Bildirilir ki, İraq Füzulinin sümüklərini Azərbaycana göndərməyi qəbul etsə, Sovet İttifaqı bundan məmnun olar.

İmam Hüseyn məqbərəsinin önündə Azərbaycan şairi Məhəmməd Füzulinin məzarı.
İmam Hüseyn məqbərəsinin önündə Azərbaycan şairi Məhəmməd Füzulinin məzarı.

FÜZULİ QURULTAYI KEÇİRİLDİ

«Sağlığında kor Fatma, öləndə badam gözlüm» məsəlində olduğu kimi, bir müddət əvvəl Füzulinin qəbrini yerlə bir edən iraqlıların gözündə şair qiymətə minir. İraqlılar «Bağdadlı Süleymanın oğlu Məhəmməd ərəb şairi olmasa da, İraqda yaşayıb, İraqın şairidir, sümükləri bir yana, heç qəbrinin olduğu torpağın bir ovucu da ölkədən çıxarıla bilməz!» - deyirlər.

Bir neçə il keçir. 1994-cü ildə Azərbaycan artıq müstəqil bir dövlət idi. Bağdadla rəsmi əlaqələr də qurmuşdu. Azərbaycan yenə Füzulinin sümüklərini istəyir. Şairin sümükləri qarşılığında İraqa «biz türkləriyola gətirərik» deyib, ərəb ədəbiyyatının ən güclü şairi İmrul Qeys-in Ankaradakı qəbrini vəd edir.

Saddam Hussein
Saddam Hussein

​Bağdad yenə «olmaz» cavabını verir, ancaq Azərbaycanın basqıları sürür. Belə olan halda, İraq 1994-cü il sentyabrın 17-də Bağdadda «Füzuli Qurultayı» keçirir.

QƏBRİN YERİNİ AZƏRBAYCANLILAR SEÇİR

Bu qurultayda Azərbaycanıyazıçı Elçin Əfəndiyevin başçılığyla 128 füzulişünas təmsil edir. Onlar «qəbir məsələsini çözmədən Bağdaddan bir addım da atmayacağıq!» - deyirlər.

İraqın Mədəniyyət Nazirliyi ilə üç gün, üç gecə mübarizə gedir. Sentyabrın 19-da – axşam, İraq söz verir ki, adına layiq bir yerdə Füzuliyə yeni türbə ucaldacaq.

Qəbrin yerini də azərbaycanlılar seçir.

Füzulinin sümükləri Kərbəladakı Həzrət Hüseyn türbəsini dövrəyə alan məscidin qiblə girişindəki əlyazmalar otağına köçürülür və giriş qapısının solundakı divarın altında dəfn edilir. Üstünə də Kərbəla mərmərindən kitabə qoyulur.

İraq və Azərbaycan arasında bu müzakirələrin getdiyi vaxtda Füzulini özünün ən ulu şairi sayan Türkiyənin adı da çəkilmir. Buldozerlər Füzulinin qalıqlarını silib-süpürəndə nə Xarici İşlər Nazirliyi tükünü tərpədir, nə də universitetlər...

YENİ TÜRBƏSİNDƏ YATIR

Füzuli 1995-ci ildən bəri Kərbəladakı yeni türbəsində yatır. Türbənin qübbəsində onun bir məşhur beyti əksini tapıb:

«Nə yanar kimsə mənə atəşi-dildən özgə, nə açar kimsə qapım badi-səbadan qeyri».

Yəni, «könlümdəki alovdan başqa kimsə mənə yanmır, dan yelindən başqa kimsə qapımı açmır...».

XS
SM
MD
LG