Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:09

16 senator Əliyevə məktub yazdı: "Siyasi motivli həbslər..."


İlham Əliyev
İlham Əliyev

-

"Sizi həmin fundamental hüquqlara hörmət qoymağa çağırırıq"

"Bundan da çox narahatlıq yaradan isə hökumətinizin Azərbaycanda mətbuat azadlığını boğmasıdır. AzadlıqRadiosunun bürosu bağlanıb, araşdırmaçı jurnalist Xədicə İsmayılova həbs olunub."

ABŞ-ın 16 senatoru Azərbaycan prezidenti İlham Əliyevə məktub yazıb.

Məktubda deyilir:

“Bu məktubu Azərbaycanda vətəndaş cəmiyyəti və mətbuat azadlığı üçün məkanın daralmasına görə getdikcə artan bir narahatlıq hissiylə yazırıq.

Avqustda bir neçəmiz sizə yazaraq siyasi motivli həbslərin artmasından narahatlıq ifadə etdik. Həmin məktubda Anar Məmmədli, Leyla və Arif Yunuslar və İntiqam Əliyevin saxlanmasından bəhs olunurdu.

Məktubdan sonra Rəsul Cəfərov, xeyli sayda insan haqları fəalı və jurnalist ya həbs olunub, ya da ölkədən çıxışlarına qadağa qoyulub.

Bundan başqa Azərbaycanın üzv olduğu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) ofisinin bağlanması, Amnesty International beynəlxalq insan haqları təşkilatı təmsilçilərinin ölkəyə girişinə qadağa qoyulması barədə eşitmişik.

Bununla siz ABŞ-Azərbaycan münasibətlərinin güclənməsi yolunda mühüm maneəni aradan qaldırmış olarsınız.

Bundan da çox narahatlıq yaradan isə hökumətinizin Azərbaycanda mətbuat azadlığını boğmasıdır. AzadlıqRadiosunun bürosu bağlanıb, araşdırmaçı jurnalist Xədicə İsmayılova həbs olunub.

Ötən dekabrda hakimiyyət AzadlıqRadiosunun Bakı bürosunu möhürləyib. Bu, açıq-aşkar mətbuat azadlığını boğmaq məqsədilə, şübhəli ittihamlarla edilib.

Ofisin açılması üçün bir neçə aylıq danışıqlardan sonra AzadlıqRadiosu bu yaxınlarda ofisini tamamilə bağladığını elan edib. AzadlıqRadiosunun missiyası əhaliyə azad informasiya və xəbər axını çatdırmaqdır, əks halda əhalinin yalnız rəsmi mediaya çıxış qalır.

Hökumətinizin medianı senzura etmək cəhdləri ucbatından Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanı dünyada ən çox senzuranın olduğu 5-ci ölkə adlandırıb.

Xədicə İsmayıl
Xədicə İsmayıl

"Freedom House" təşkilatının Mətbuat Azadlığı hesabatına görə, Azərbaycanda mətbuat azadlığı son on ildə azalıb. AzadlıqRadiosu ötən dekabrda bağlanandan sonra əməldaşları təqibə məruz qalıb, həbs qorxusuyla yaşayıb. Xədicə İsmayılova barəsində həbs qəti-imkan tədbiri isə avqustun 24-dək uzadılıb. Büro bağlananadək Radionun əməkdaşları Xədicə kimi dəqiq, müstəqil xəbərləmə ilə məşğul idilər”.

“Son bir ildə saysız insan haqları təşkilatları insan haqları və müstəqil vətəndaş cəmiyyətinə, mətbuat azadlığına sistematik təzyiqlər barədə davamlı narahatlıq bildirib. Onlara qoşulur, sizi həmin fundamental hüquqlara hörmət qoymağa çağırırıq. Bu, AzadlıqRadiosu kimi azad media üçün daha dözümlü mühit yaratmaqla, həbsdəki jurnalistləri, fəalları və vətəndaş cəmiyyəti liderlərini dərhal azadlığa buraxmaqla həyata keçirilə bilər. Bununla siz ABŞ-Azərbaycan münasibətlərinin güclənməsi yolunda mühüm maneəni aradan qaldırmış olarsınız”.

Məktub senator Richard Durbin-in təşəbbüsü ilə göndərilib və aşağıdakı senatorlar tərəfindən imzalanıb:

Barbara Boxer (D-CA), Benjamin Cardin (D-MD), Dianne Feinstein (D-CA), Ron Johnson (R-WI), Mark Kirk (R-IL), Patrick Leahy (D-VT), Ed Markey (D-MA), John McCain (R-AZ), Robert Menendez (D-NJ), Chris Murphy (D-CT), Gary Peters (D-MI), Jack Reed (D-RI), Marco Rubio (R-FL), Jean Shaheen (D-NH) və Sheldon Whitehouse (D-RI).

ABŞ-ın "Freedom Now" təşkilatı senatorların bu təşəbbüsünü alqışlayıb.

Hakimiyyət təmsilçiləri ölkədə siyasi məhbusun olmadığını, fərdlərin konkret cinayətlərə görə cəzalandırıldığını bildirirlər.

XS
SM
MD
LG