Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:36

İstiqlalın 3-cü qurbanı - Həsən bəy Ağayev


Həsən bəy həyat yoldaşı Xədicə xanımla
Həsən bəy həyat yoldaşı Xədicə xanımla

-

Bu unudulmaz şəxsiyyəti onun nəticəsi Xurşud xanım Abdulalyeva ilə birgə anırıq...

Gözlə

No media source currently available

0:00 0:29:56 0:00
Direct-ə keçid

“Sən gözəl, zadəgan bir xanıma rast gələcəksən. 3 balan olacaq. Ölkəndə ən yüksək məqama çatacaqsan. Amma 45 yaşında səni öldürəcəklər...”

FAL....

Moskva Tibb Universitetini təzəcə bitirən gənc həkimlər, deyə-gülə, küçədə gördükləri qaraçıya üz tutublar. Kartla hamının falına baxan qaraçı Həsən bəyə çatanda qaçmağa başlayır... Həsən bəy onun arxasınca düşür və təkidli xahişlərdən sonra qaraçını onun taleyinə baxmağa razı salır. Qaraçı deyir: “Sən gözəl, zadəgan bir xanıma rast gələcəksən. 3 balan olacaq. Ölkəndə ən yüksək məqama çatacaqsan. Amma 45 yaşında səni öldürəcəklər...”.

Qaraçıdan bu dəhşətli sözləri eşidən Həsən bəy doyunca gülür: “Mən həkim adamam”, - deyir, mənim həyatımda nə məqam, nə kreslo ola bilər ki?”.

BAKIDA GÖZƏL, ZADƏGAN BİR XANIMA RAST GƏLDİ

Həsən bəy Ağayev
Həsən bəy Ağayev

O vaxtlar 1875-ci il Gəncə doğumlu Həsən bəyin cəmi 26 yaşı vardı.

1901-ci ildə Hacı Zeynalabdin Tağıyevin yardımıyla Moskva Tibb Universitetini bitirib Bakıya dönməliydi.

Həsən bəy Bakıya gəldi. Həkimliyə başladı.

Bakıda Xədicə xanımla tanış oldu.

Tatar knyazının qızı olan Xədicə xanım Peterburqda ali təhsil almış və Tağıyevin dəvəti ilə Bakıda təzəcə açılan ilk Qızlar Gimnaziyasında dərs deməyə gəlmişdi.

Onlar evlənirlər.

Üç gözəl balaları doğulur - Xurşud, Nəzakət və Gülrux.

MƏŞHUR HƏKİM SİYASƏTƏ QOŞULUR

Tale elə gətirir ki, doktor Həsən bəy həm də ictimai-siyasi fəaliyyətə başlayır.

Üzeyir bəyin “İrşad”, “Tərəqqi”, “Həqiqət” qəzetlərinə məqalələr yazır.

Bakının ictimai həyatında fəal iştirak edir.

Gəncədə “Yujnıy Kafkaz”, “Türk sözü” qəzetlərini çıxarır.

Müsəlmanlar arasında maaarifi yayan cəmiyyətin sədri seçilir.

Gəncədə Xudadat bəy Rəfibəyli ilə ilk tibb cəmiyyətini qurur.

“Difai” təşkilatına yazılır, sonralar "Türk Ədəmi-mərkəziyyət Firqəsi"ni yaradanlardan olur.

Bu firqə “Müsavat”la birləşəndə, onun Mərkəzi Komitəsinə üzv seçilir.

İSTİQLAL!

1918-ci ildə Tiflisdə - Milli Şuranın iclasında İstiqlal Bəyannaməsi qəbul edilərkən, Həsən bəy M.Ə. Rəsulzadənin müavini seçilir. İstiqlal Bəyannaməsini də ilk o imzalayır.

1918-ci il dekabrın 7-də cümhuriyyət parlamenti açılanda, sədrin müavini olur.

Əlimərdan bəy Topçubaşı Paris Sülh Konfransına qatıldığından, 1920-ci il fevralın 2-dək onun əvəzinə parlamentə rəhbərlik edir.

BOLŞEVİK İŞĞALI

Həsən bəy 1920-ci ilin bolşevik işğalı zamanı Bakıda olmayıb. Parlament sədrliyindən çıxsa da, komissiyaların işinə qatıldığından Tiflisə gedibmiş.

Həsən bəyin qızı Xurşid xanım
Həsən bəyin qızı Xurşid xanım

​Min bir möhnətlə qurduqları cümhuriyyətin süqutunu Tiflisdə qarşılayan Həsən bəyin halını təsəvvür edin...

1920-ci il iyulun 19-da Fətəli xan Xoyskini bir ay əvvəl öldürən daşnakların muzdla tutduğu qatillər Tiflisdə onu da qətlə yetirdilər. Qaldığı evin düz kandarında...

FAL DÜZ ÇIXDI...

Həsən bəyin 45 yaşı vardı...

Qaraçının 19 il əvvəl dedikləri birəbir doğrulmuşdu...

HƏSƏN BƏYİ NƏTİCƏSİNİN DİLİNDƏN TANIYAQ

İyulun 12-də saat 23-də Azərbaycan Cümhuriyyəti hökumətinin 3-cü qurbanının izinə düşəcəyik.

Bu unudulmaz şəxsiyyəti onun haqqında film müəllifi Nəriman Əbdürrəhmanlı və Həsən bəyin nəticəsi Xurşud xanım Abdullayeva ilə birgə anacağıq.

Həsən bəyi bir də nəticəsinin dilindən tanıyaq.

Onun insani keyfiyyətlərinə şaşıracaqsınız.

Cümhuriyyət qurbanlarının ruhlarını şad edək.

Bu «İz» itirməyin.

XS
SM
MD
LG