Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:57

"Zülfüqarlı qardaşları özlərini böyük balıq kimi aparırlar"


-

Müəssisənin kiçik səhm sahibləri qardaşlardan narazılıq edirlər.

Mülkiyyətdən zorla məhrum edilmələrini səbəb gətirərək ölkəni tərk etmiş məşhur Zülfüqarlı qardaşlarının Azərbaycanda son istinadgahı olan Bakının Keşlə qəsəbəsində yerləşən “Bakıinşaatsənaye” Açıq Səhmdar Cəmiyyətində ötən şənbə günü səhmdarların illik ümumi yığıncağı keçirildi.

Kiçik səhm sahibi olan səhmdarlar deyirlər ki, hüquqlarının pozulduğunu iddia edən Nurəddin Zülfüqarlı və qardaşları özlərini bu səhmdar cəmiyyətdə “böyük balıq” kimi aparırlar.

Müəssisənin səhmlərinin 90 faizinə sahiblik edən Nürəddin, Rövşən və Loğman Zülfüqarlılardan ümumi yığıncağa əvvəlki illərdə olduğu kimi heç biri gəlməmişdi. Səhmdarların sözlərini görə, onları etibarnamə ilə bir şəxs təmsil edirdi. Cəmiyyətin İdarə Heyətinin sədri Adilxan Musayevin özünü belə başqa bir şəxs təmsil edirdi. Halbuki, şənbə günü olsa da, müəssisə işləyirdi.

Səhmdar Ramiz Əliyev Azadlıq Radiosuna deyib ki, metal məmulatı istehsalı ilə məşğul olan “Bakıinşaatsənaye” ASC əvvəlki illərdə Zülfüqarlı qardaşlarının nəzarətində olan “Birlik” kiçik müəssisəsinə aşağı qiymətlə icarəyə verilirdi.

Sonralar bir çox başqa müəssisələr (“Bakı Poladtökmə” ASC, “Bakelektroştamp” ASC) kimi, “Birlik” KM də qardaşların idarəetməsindən çıxdı və “Bakıinşaatsənaye” ASC özü qara metal məmulatı istehsalı ilə məşğul olmağa başladı.

Amma səhmdarın sözlərinə görə, bunun kiçik səhm sahiblərinə “isti-soyuğu” olmadı. Əksinə, dividendlər artmaq əvəzinə, azaldı.

Səhmdarlara bildiriib ki, əgər 2013-cü ildə dövriyyədə olan 130 min ədəd səhmin hər birinə 16 qəpik dividend hesablanmışdısa, ötən il üçün bu rəqəm 14 qəpiyə düşüb. Bir milyon manat dövriyyənin qarşılığında dividend paylanmasına cəmi 18 min manat nəzərdə tutulub. Bunun isə ən azı 90 faizi elə Zülfüqarlı qardaşlarına çatır.

Aşağı dividendlərdən savayı kiçik səhm sahiblərini Zülfüqarlılardan narazı salan başqa səbəblər də var.

Zülfüqarlı qardaşlarını təmsil edən Vahid Rəsulov isə ittihamlara cavab olaraq deyir ki, dividendlərin azalması metal məmulatı sahəsindəki vəziyyət və ölkədəki iqtisadi tənəzzüllə bağlıdır. “Bulki hesabatlar hamının tanış olması üçün KİV-də dərc ediləcək. Mənfəəti artımaq isə üçün daha çox çalışacağıq”.

Səhmdarların sözlərinə görə, yığıncaq qanunla müəyyən olunan müddətə əməl edilməməklə keçirildiyi üçün onlar aşağı məbləğdə olmasına baxmayaraq dividendi vaxtnda almaq imkanından məhrum edilirlər. İldə bir dəfə ödənilən 3-5 manat dividendi almağa səhmdarların çoxu yığıncağın keçirildiyi gün gəlməyə imkan tapır. Amma həmin gün də dividend ödənilmir. Bundan əlavə, hesabat müstəqil auditorun rəyini almadan səhmdarlara təqdim olunur. “Bir qayda olaraq bizə maliyyə hesabatının özü deyil, mənfəət vergi bəyannaməsi elan edilir. Bu isə ciddi qanun pozuntusudur. Səhmdar Ramiz Əliyev belə deyir.

Yığıncaqda Zülfüqarlı qardaşlarını təmsil edən Vahid Rəsulov isə ittihamlara cavab olaraq deyir ki, dividendlərin azalması metal məmulatı sahəsindəki vəziyyət və ölkədəki iqtisadi tənəzzüllə bağlıdır. “Bulki hesabatlar hamının tanış olması üçün KİV-də dərc ediləcək. Mənfəəti artımaq isə üçün daha çox çalışacağıq”. - Rəsulov belə deyir.

XS
SM
MD
LG