Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 20:50

Rаmаzаn bayramı gəldi


Foto illüstrasiya
Foto illüstrasiya

-

İyulun 17 və 18-də Azərbaycanda Rаmаzаn bayramıdır.

Orucluq öz tarixinə Məhəmməd Peyğəmbər (s.ə.s) tərəfindən Mədinədə bu məqsədlə Rаmаzаn ayı keçiriləndən başlayır.

Məhz Rаmаzаn ayının axırıncı 10 gecəsinin birində «Quran» nazil edilib. Deyilənlərə görə, bu hadisə ayın 23-dən 24-nə, ya da 26-dan 27-nə keçən gecə baş verib. Bu gecə qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqqında belə yazılır:

«Biz bu gecə, həqiqətən, qüdrət, əzəmət hədiyyə etmişik; bu gecə min aydan da qüdrətlidir. Mələklər aşağı enərək Allahın əmrini gözləyirlər, bu gecə şəfəq doğanadək əmin-amanlıqdır, sülhdür» (97:1-5).

Orucluğun başa çatdığı gün Fitr bayramı da adlanır. Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar. Bayram günü hər kəs öz himayəsində olanlar üçün təxminən 3 kq buğda, yaxud xurma və ya kişmiş miqdarında ehtiyacı olanlara fitrə zəkatı verməlidir.

Orucluq insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir.

Azərbaycanda Rаmаzаn bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur. Bayramla bağlı iyulun 17-dən 20-dək iş günü deyil.

XS
SM
MD
LG