Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:02

"Ola bilər Azərbaycan bununla müharibə şəraitinə hazırlaşır"


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Yeni Müsavat» qəzeti yazır ki, Milli Təhlükəsizlik Nazirliyinin dövlət təşkilatlarında Dövlət sirrinin mühafizəsi üzrə bölmələr yaratması müharibə şəraitinə hazırlıq da ola bilər.

MTN-in sabiq zabiti Arzu Nağıyev deyir ki, yeni qurum, spesifik sahə yarananda tələblər də yenilənir: «Məxfi, tam məxfi, xidməti istifadə üçün və sair məlumatlarla işləməyə buraxılan şəxslərin siyahısı mütəmadi olaraq yenilənir...

Tələblərin yenilənməsi müharibə şəraitinə hazırlıq zamanı da ola bilər. Müharibə vəziyyəti yaransa, bu vəziyyətə uyğunlaşma da olacaq. Televiziyalardan şou verilişlərin, konsertlərin yığışdırılmasından tutmuş vətəndaşların özlərini necə aparması qaydaları da müəyyən olunur. Bu gün belə bir hal yoxdur. Yəni münaqişə şəraitidir. Hələ ki biz Ermənistan tərəfindən işğal olunan torpaqlarımızı dinc yolla almağa çalışırıq. Müharibəyə hazırlıq həm də qanunların daha da sərtləşdirilməsidir».

İSLAHATLAR APARMAQ DAHA DÜZGÜN OLARDI

«Azadlıq» qəzeti Azərbaycanın Avropa Şurası və Avropa Birliyində nümayəndəsi olmuş keçmiş səfir Arif Məmmədovun Rusiyanın kavpolit.com saytına müsahibəni yayımlayıb.

Arif Məmmədov
Arif Məmmədov

- İlham Əliyev bəyan edib ki, Azərbaycan Avropa Birliyi ilə münasibətlərə yenidən baxacaq. O, Avropaya inteqrasiya tərəfdarı olan məmurları da tənqid edib. Əliyevin mövqeyini necə qiymətləndirirsiniz?

- Bu cür çıxışlarda böyük təhlükə var. İlham Əliyev deyir ki, Qərb bizə lazım deyil, bizim neftimiz, qazımız Qərbə lazımdır. Nəzərə alsaq ki, bu gün dünya bazarında neft və qaz həddən artıq boldur, bunlar çox təhlükəli bəyanatlardır. Üstəlik Vyanada uğurlu danışıqlardan sonra neft-qaz arenasına çox güclü oyunçu olan İran çıxıb. Yəni, elə bir təhlükə yaranıb ki, Qərb «ölkə ədəb qaydalarına riayət etmirsə, insan haqlarını qorumursa, onda bu ölkə ilə iqtisadi əlaqələr nəyə lazımdı?» deyə bilər. Bu fikir Avropa Birliyi dəhlizlərində daha çox səslənməyə başlayıb. İndiki vaxtda Avropa ilə, ümumilikdə Qərblə konfrontasiyaya getməyin ağıllı hərəkət olduğunu düşünmürəm. Həm ölkə daxilində, həm də Avropadakı tərəfdaşlarımızda narazılıq olmasın deyə, islahatlar aparmaq daha düzgün olardı.

Foto illüstrasiya
Foto illüstrasiya

RESTORANA ŞORTİKLƏ GİRMƏK QADAĞANDIR

«Bizim restoranda şortiklə gələnlər buraxılmır. Çünki bura restorandır, çimərlik deyil, restoranımızın çimərliyi də yoxdur. Bura ailəvi istirahət mərkəzidir».

Bu barədə seyyah.az saytına Novxanıda yerləşən «Amore» restoranının inzibatçısı Zaur Cəfərov bildirib.

Restoran şortiklə gələn müştərilərə şalvar təklif edir.

«Başa düşürük ki, şortiklə gələn müştəri geri qayıdıb şalvar geyinə bilmir. Ona görə də belələrinə kömək üçün şalvar təklif edirik. Bizdə burada şalvarlar var, cin materialından çox rahatdır. Təklif edirik ki, içəri keçmək istəyirsə, bunu geyinsin» - Zaur Cəfərov deyib.

Bu məqsədlə restoran ötən il 50-yə yaxın şalvar alıb.

Halva
Halva

ŞƏKİDƏ ŞİRNİYYAT FESTİVALI

«Azərbaycan» qəzeti yazır ki, Şəkidə ikinci beynəlxalq şirniyyat festivalında 11 ölkədən nümayəndə heyəti qatılıb: «Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov bildirib ki, belə festivalların keçirilməsində əsas məqsəd xalqımızın qeyri-maddi mədəni irsinin qorunub saxlanmasına nail olmaqdır…

Korkunov adına «Moskva şokolad məktəbi»nin rəhbəri Elena Suchkova-nın sədrlik etdiyi 23 nəfərdən ibarət münsiflər heyətinin rəyinə əsasən, respublikamızın təmsilçiləri arasında Gəncə şəhərinin şirniyyatçıları birinci yeri tutublar. Şəki və Zaqatala qənnadıçıları ikinci, Ağdaş, Göyçay, Oğuz rayonları və Naftalan şəhərinin təmsilçiləri isə üçüncü yerə layiq görülüblər».

XS
SM
MD
LG