Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 03:39

HRW: Yunusların məhkəməsi ədalətin parodiyasıdır


Leyla Yunus
Leyla Yunus

-

«Azərbaycan hakimiyyəti Leyla və Arif Yunusları dərhal buraxmalı və onlara qarşı cinayət təqibini dayandırmalıdır».

«Human Rights Watch» insan haqları təşkilatı avqustun 6-da verdiyi bəyanatda yaşlı hüquq müdafiəçilərinin səhhətinin ağır durumda olduğunu bildirir. Belə ki, avqustun 3-də məhkəmədə Arif Yunusun qan təzyiqi qalxıb. Ona tibbi yardım göstərilsə də, vəziyyəti yaxşı deyil.

İnsan haqları müdafiəçisi Leyla Yunus və əri, tarixçi Arif Yunus dələduzluq, vergidən yayınma, qanunsuz sahibkarlıq fəaliyyətində ittiham olunur.

ƏDALƏTİN MƏSXƏRƏYƏ QOYULMASI

«Qapını qıfıllayıb Leyla və Arif Yunusları mühakimə etmək ədalətin parodiyasıdır, ancaq onların səhhətinin ağır olmasına baxmayaraq, məhkəməni davam etdirmək mənfur hərəkətdir». «Human Rights Watch»un Avropa və Orta Asiya üzrə direktoru Hugh Williamson deyib. «Məhkəmə zalında otura bilməyən yaşlı kişini məhkəməyə gətirmək bu farsın məqsədini – siyasi məhkəmə şousu olduğunu ortalığa qoyur».

Vəkil Elçin Qəmbərov quruma deyib ki, tibb işçiləri avqustun 4-də və 5-də Arif Yunusa iynələr vursalar da, o, çətinliklə yeriyir və məhkəmə boyunca şüşə qəfəsdə həyat yoldaşının dizi üstə uzanıb.

Bəyanatda müstəqil jurnalistlərin və müşahidəçilərin məhkəməyə buraxılmaması da qeyd olunur.

«Leyla və Arif Yunuslara həbsxana deyil, tibbi müalicə lazımdır», - Williamson deyib. «Azərbaycanın beynəlxalq tərəfdaşları ədalətin bu cür məsxərəyə qoyulmasını qətiyyətlə və birmənalı şəkildə pisləməlidir».

Hakimiyyət təmsilçiləri ölkədə hüquq və azadlıqların boğulması, siyasi məhbuslar barədə bəyanatları qətiyyətlə rədd edir, beynəlxalq hüquq-müdafiə təşkilatlarını ölkəyə qarşı qərəzli kampaniya aparmaqda ittiham edir.

XS
SM
MD
LG