Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 15:45

İŞİD liderinin əsir qadınları zorladığı iddia olunur


Abu Bakr al-Baghdadi
Abu Bakr al-Baghdadi

Şahidlərin dediyinə görə İŞİD lideri Abu Bakr al-Baghdadi Amerikalı girov Kayla Mueller-ə və yezidi qızlara dəfələrlə cinsi təcavüz edib

Britaniyada çıxan “The Independent” qəzeti yazır ki, həm də İŞİD kimi tanınan İslam Dövləti adlı təşkilatın lideri Abu Bakr al-Baghdadi ABŞ-dan olan girov Kayla Mueller də daxil, əsir qadınlara Suriyadakı evlərdən birində dəfələrlə cinsi təcavüz edib.

Bu gün 27 yaşı tamam olmalı amerikalı humanitar yardım işçisinin cihadçıların lideri tərəfindən dəfələrlə zorlanması barədə ötən ilin avqustunda İraqın Sincar regionunda əsir alınmış yezidi qız danışıb.

O deyib ki, 2014-cü ilin oktybarında Suriyanın əl-Şədadiyə şəhərindən qaçanadək iki ay müddətdtində xanım Mueller-lə bir evdə saxlanıb.

Qəzet yazır ki, İraqın Mosul şəhərində iki ay saxlandıqdan sonra sözü gedən 14 yaşlı yezidi qız və xanım Mueller də daxil, daha 4 qadın əl-Şədadiyə şəhərinə aparılıblar.

Şahidlik edən qız bildirib ki, xanım Mueller əsirlikdə olarkən ərəb dilini azacıq öyrənibmiş.

5 milyon avro tələbi

Kayla Mueller 2013-cü ilin avqustunda sevgilisi ilə İspaniya Sərhədsiz Həkimlər təşkilatının Hələbdəki xəstəxanasından çıxarkən oğurlanmışdı. İŞİD onun azad olunması üçün 5 milyon avro tələb edirdi.

Xanım Mueller 2012-ci ilin dekabrında Türkiyə-Suriya sərhədinə gəlmiş və burada qaçqınlarla işləyən Support to Life təşkilatına qoşulmuşdu.

Kayla Mueller 2013-cü ilin avqustunda İspaniya Sərhədsiz Həkimlər təşkilatının Hələbdəki xəstəxanasından çıxarkən oğurlanmışdı
Kayla Mueller 2013-cü ilin avqustunda İspaniya Sərhədsiz Həkimlər təşkilatının Hələbdəki xəstəxanasından çıxarkən oğurlanmışdı

Yezidi qızlar deyiblər ki, əl-Şədadiyədə saxlandıqları vaxtlarda İŞİD lideri onların qaldıqları evə tez-tez baş çəkərmiş.

Bu evdə əsasən təmizlik işlərinə baxan şahid qızlar deyiblər ki, İŞİD qadınların zorlanmasına qələbə “mükafatı” kimi baxır və həmin evdə bir çox yezidi qadın qul kimi satılmazdan və cihadçılara “hədiyyə” edilməzdən əvvəl sistematik zorlanmaya məruz qalıblar.

Seks ticarətinə baxan Umm Sayyaf

Qızlar həmçinin bildirirlər ki, İŞİD-in seks ticarəti məsələlərinə təşkilatın tunisli maliyyəçisi Abu Sayyaf-ın arvadı Umm Sayyaf baxırmış. Bu qadın may ayında ABŞ Xüsusi Qüvvələrinin Suriyada keçirdiyi reyd zamanı yaxalanıb və deyilənlərə görə hazırda hərbi müstəntiqlərə ifadə verir.

al-Baghdadi həmin evə gələndə Kayla-nı onun otağına aparırdılar və o, oradan qayıdandan sonra başına gələnləri ağlaya-ağlaya nəql edirmiş

Ötən həftə Ağ Ev bildirmişdi ki, Umm Sayyaf İraq Kürdüstanında mühakimə olunacaq və “öz cinayətlərinə görə cavab verəcək”.

Əl-Şədadiyədəki evdə dörd yeniyetmə qız xanım Mueller-lə bir otaqda yaşayıblar. Qızlar deyirlər ki, o yezidi yeniyetmələri Umm Sayyafın qəddarlığından qorumağa çalışırmış və bu zaman hətta özünü təhlükə qarşısında qoyurmuş.

Yezidi qızlar danışırlar ki, al-Baghdadi həmin evə gələndə Kayla-nı onun otağına aparırdılar və o, oradan qayıdandan sonra başına gələnləri ağlaya-ağlaya nəql edirmiş.

“Xəlifə”nin “evləməyi”

“The İndepent” yazır ki, yezidi qızlar “cinsi təcavüz” ifadəsi əvəzinə “o hər dəfə Kayla ilə zorla evlənirdi” cümləsini işlədirdilər.

Kayla Mueller-in ölümü müəmmalı olaraq qalır
Kayla Mueller-in ölümü müəmmalı olaraq qalır

Qəzet yazır ki, Mueller ailəsinə yaxın mənbə qızların dediklərinin həqiqət ola biləcəyini bildirib. Bu da söylənir ki, ailəsi Kayla-nın İslamı qəbul etdiyinə dair iddialardan hiddətlənirmiş.

Məqalədə deyilir ki, “xilafət” adamları yezidi qadınlar İslamı qəbul etmədən onlarla evlənmirmişlər.

2014-cü ildə Sincar dağında əsir götürülmüş yüzlərlə yezidi qadın “seks köləsi”nə çevrilirdilər.

Qızlar danışırlar ki, həmin evdə iztirab çəkən təkcə xanım Mueller olmayıb. Al-Baghdadi bir yezidi qızla da “evlənib”miş. Abu Sayyaf və evə yeni qızlar gətirən Abu Tamim adlı birisi də qızlarla bu sayaq “evlənirmişlər”.

Qaçışdan imtina

14 yaşlı yezidi qız və onun bacısı 2014-cü ilin oktyabrında həmin evdən qaçarkən, dediklərinə görə, Mueller-ə də onlara qoşulmağı təklif ediblər. Lakin o öz əcnəbi görkəmi ilə qızları da xataya sala biləcəyini deyərək bundan imtina edib.

İŞİD iddia edir ki, Kayla İordaniya hərbi təyyarələrinin Raqqa yaxınlığına endirdiyi raket zərbələri zamanı həlak olub

Qızlar Kürdüstan rayonuna gəldikdən sonra “bəzi amerikalılar” tərəfindən dindirildiklərini söyləyiblər.

“The İndependent” yazır ki, Kayla Mueller-in ölməsi şəraiti indiyədək müəmmalı qalır. İŞİD iddia edir ki, Kayla İordaniya hərbi təyyarələrinin Raqqa yaxınlığına endirdiyi raket zərbələri zamanı həlak olub.

Bu xəbər təsdiqini tapmayıb. Hava reydlərinin Baghdadi-ni və İŞİD-i hədəflədiyi bildirilib və təşkilat Mueller-in hicaba bürünmüş cəsədinin şəklini emaillə onun ailəsinə göndərib.

İŞİD “bacımız” deyib

Ötən fevral ayında Kayla Mueller-in öldürüldüyünü elan edərkən prezident Barack Obama “nəyin bahasına olursa olsun qatillərin tapılacağını” vəd etmişdi.

Barack Obama: Kayla öz cavan həyatını azadlıq, ədalət və sülh ehtiyacında olanlara yardıma həsr edib

“Kayla öz cavan həyatını azadlıq, ədalət və sülh ehtiyacında olanlara yardıma həsr edib” – demişdi ABŞ prezidenti.

Mueller-in ölümünü elan edərkən İŞİD onu “bacımız” adlandırmışdı. 2015-ci ilin mayında Amerikanın Delta qrupunun əl-Şədadiyədə keçirdiyi əməliyyat zamanı Abu Sayyaf öldürülümüş, arvadı isə həbs edilmişdi.

Bu evdən tapılan kompüterlərdən və USB yaddaşlarından bəlli olmuşdu ki, bura İŞİD-in mühüm komanda mərkəzlərindən biri olub.

Bu əməliyyat zamanı bir neçə yezidi qız da azad edilib. Lakin Mueller barədə məlumatı verən qız Şədadiyədə onunla əsir olanlardan heç birini görmədiyini söyləyib.

XS
SM
MD
LG