Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:41

Manatın yenidən ucuzlaşması gözlənilirmi?


arxiv fotosu
arxiv fotosu

Neftin yenidən ucuzlaşması dünya maliyyə bazarındakı sabitliyi pozmağa başlayıb. Avqustun 20-da Qazaxıstan tengesi fevraldan bəri ən aşağı həddə - 1 dollar - 255 tengeyə düşüb. Rusiya rublu da ucuzlaşıb, avqustun 19-na olan rəsmi məzənnəyə görə 1 dollar 66 rubl olub. Dollara nisbətdə Belarus, Türkiyə və digər ölkələrin də valyutaları ucuzlaşmaqda davam edir.

BƏS MANATI NƏ GÖZLƏYİR?

Azərbaycan manatı fevralın 21-də bir günə 34 faiz ucuzlaşdı. Ona qədər Mərkəzi Bank maliyyə bazarına müdaxilə edərək, manatı sabit saxlayırdı. Digər ölkələrin valyutalarının ucuzlaşması Azərbaycan manatına necə təsir edəcək?

İqtisadçı Qubad İbadoğlu düşünür ki, hökumət ən yaxşı halda 2015-ci ilin sonuna qədər manatı sabit saxlaya bilər. Amma 2016-ci ildən manatı sabit saxlamaq elə də asan olmayacaq:

“Azərbaycan manatının taleyi Mərkəzi Bankın əlindədir. Müəyyən dövr Mərkəzi Bank manatın sabitliyini qoruya bilər. Amma Qazaxstanda, Rusiyada baş verənlər, eləcə də dünya bazarında neftin ucuzlaşması Mərkəzi Bankın manatı sabit saxlamaqla bağlı siyasətinin davamlı olmayacağını deməyə əsas verir. Müvəqqəti olaraq manatın sabitliyi qoruna bilər, amma inzibati vasitələrlə bunun uzun müddətli ola biləcəyinə inanmıram”.

Gözlə

No media source currently available

0:00 0:03:43 0:00
Direct-ə keçid

Qubad İbadoğlu manatın sərbəst buraxılmasını ən doğru qərar hesab edir.

HER ŞEY NEFTİN QİYMƏTİNDƏN ASILDIR…

2014-cu ilin avqustundan dünya bazarında neft ucuzlaşmağa başlayıb. Neftin ucuzlaşması dolların mövqeyini gücləndirib və dolların məzənnəsi digər valyutalara nisbətdə bahalnıb. May-avqust aylarında qiymət nisbətən sabitləşmişdi. Amma avqutsda yenidən neft ucuzlaşmağa başladı. Avqustun 20-də Brend markalı neftin 1 bareli 47 dollardan da aşağı düşüb. Neftin ucuzlaşmasından dərhal sonra Qazaxstanın milli valyutası tenge də ucuzlaşdı.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib ki, ölkənin iqtisadi siyasəti yeni reallıqlara əsaslanmalı və neftin barelinin 30-40 dollara düşməsinə hazır olmalıdır.

Azərbaycan prezidenti İlham Əliyev də avqustun 9-da təxminən bənzər çıxış edib: “Biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə, unutmalıyıq. Gün gələcək, neft qiymətləri bizim üçün heç bir əhəmiyyət daşımayacaq”.

İlham Əliyev son çıxışlarında dünya maliyyə bazarında baş verənlərin Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyəcəyini də bildirib.

1 DOLLAR 1,5-2 AZN OLA BİLƏR...

Hələki, neft ucuzlaşır və bu da müxtəlif ölkələrin milli valyutalarına təsir edir.

Yerli iqtisadçılar düşünür ki, tez və ya gec bu tendensiya Azərbaycana da təsir edəcək.

Rusiyanın Sberbank-ı avqustun 10-da bəyan edib ki, neftin bareli 45 dollara düşsə, 1 dollar 70 rubldan yuxarı ola bilər.

Deputat Vahid Əhmədovsa müsahibələrindən birində demişdi ki, 2015-ci ildə 1 dollar 1,5-2 manat arasında ola bilər.

XS
SM
MD
LG