Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 15:15

Rusiyada «çar yaxşıdır, əyanlar pisdir»


Vladimir Putin çar obrazında
Vladimir Putin çar obrazında

-

«The Moscow Times»da Andreu Sinitsyn yazır ki, iqtisadi durumun getdikcə pisləşməsi, gəlirlərin azalması və qiymətlərin qalxması rusiyalılara getdikcə daha çox təsir göstərir.

«Dövlətdən maliyyələşən «VTsIOM» mərkəzinin keçirdiyi sorğu istehlakçı davranışında son dəyişiklikləri göstərir. Daha ucuz mal və ərzaq alan respondentlərin sayı yanvarda 38 faiz idisə, iyulda 53 faizə qalxıb. Vacib alış-verişi ertələyənlərin sayı isə həmin dövrdə 39 faizdən 52 faizə çatıb».

Ancaq sorğu onu da üzə çıxarıb ki, rublun devalvasiyası və neftin qiymətinin düşməsi əhalinin kəskin reaksiyasını doğurmayıb. VTsIOM bildirir ki, rusiyalıların yalnız 10 faizi əmanətlərini xarici valyutada saxlayır.

Bundan başqa rusiyalılar ölkədə baş verənlərə rəğmən, ölkələri ilə fəxr edirlər. Bu yaxınlarda «Levada» Mərkəzinin keçirdiyi sorğu göstərirdi ki, respondentlərin 56 faizi prezident Vladimir Putin-in müşavirlərindən tam və dəqiq informasiya almadığına inanır. Cəmi 31 faiz əksini düşünür. Bu, sosioloqların müşahidə etdiyi klassik «çar yaxşıdır, əyanları pisdir» fenomenidir. Ancaq maraqlısı odur ki, «pis əyanlar» elə də populyar olmasalar da, 2yaxşı çar»ın reytinqi yüksək olaraq qalır.

«Levada» Mərkəzindən Alexei Levinson Putin-in populyarlığını belə izah edir ki, əhali əslində prezidentin simvolu olduğu Rusiyaya sadiqliyini ifadə edir.

İRAN NÜVƏ SAZİŞİNİN GƏLƏCƏK RİSKLƏRİ

«Prezident Obama İran nüvə sazişinə dəstək almaq üçün üç həftəlik kampaniyaya başladığı bir məqamda belə bir siyasi reallıqla üz-üzədir: onun sazişin lehinə ən güclü arqumenti həm də onun ən böyük zəifliyidir». Bunu «The New York Times» qəzetində oxuyuruq.

BMT müfəttişləri Natanz nüvə obyektində - 2014
BMT müfəttişləri Natanz nüvə obyektində - 2014

Yazıda qeyd olunur ki, Tehranın nüvə proqramına ən böyük məhdudiyyətlər 15 ildən sonra başa çatır, ondan sonra İran azad şəkildə sənaye miqyasında uran istehsal edə biləcək.

«Saziş sarıdan ən böyük narahatlığım odur ki, 15 ildən sonra onlar müasir, beynəlxalq səviyyədə tanınan uran zənginləşdirmə qabiliyyətinə malik olacaq», - Kaliforniyadan olan demokrat, Nümayəndələr Palatasının üzvü Adam B.Schiff yekun sazişi dəstəkləsə də, fikrini bölüşür: «Bu acı həbi udmaq çətin məsələdir».

«Nüvə razılaşmasının dəqiq təsviri belədir ki, 15 il ərzində İranın proqramını yavaşıdacaq. Son illər sanksiyalar və sabotaj bu funksiyanı daşıyırdı. Administrasiyanın əsas mövqeyi budur ki, gələn 15 il ərzində sazişin faydaları ondan sonra olacaqların riskini üstələyir», - məqalədə vurğulanır.

Sazişdə həmçinin İranın nüvə obyektlərinə mütəmadi təftişlər nəzərdə tutulur. Ancaq sürüşkən tərəf budur ki, 15 ildən sonra İrana reaktorlar üçün lazımlı nüvə yanacağını sənaye miqyasında, daha qabaqcıl sentrifuqalarla istehsal etməyə icazə veriləcək. Tənqidçilərin fikrincə, o vaxtadək İran iqtisadiyyatı güclənəcək, iqtisadi sanksiyalara qarşı daha möhkəm dayana biləcək və nüvə qurğularını da havadan müdafiə sistemi daha yaxşı qoruyacaq. Belə ki, İran həmin sistemləri Rusiyadan alacaq.

R.T.Erdoğan və B.Obama
R.T.Erdoğan və B.Obama

TÜRKİYƏNİN İŞİD-Ə QARŞI QALXMASI ABŞ-IN UĞURUDUR

«Uzun müddət təlatümlü Yaxın Şərqdə sabitlik mayakı sayılan Türkiyə indi bu nüfuzunu itirmək riski ilə üzləşib. 13 illik təkpartiyalı idarəçilikdən sonra ölkə ikinci dəfə parlament seçkiləri keçirir. Belə ki, siyasi fraksiyalar hökumət qura bilmədilər». «Financial Times» yazır ki, kürdlərə qarşı 2013-cü ildən nəzarətdə saxlanan müharibə də əndazədən çıxıb. Eyni zamanda Suriya müharibəsi nəticəsində Türkiyədəki 2 milyon suriyalı qaçqınların sayı günbəgün artır. İŞİD isə türk dilində video yerləşdirərək ölkəni «şeytan» hökumətinə qarşı müharibəyə çağırır.

Yazıda Türkiyənin ABŞ-ın İŞİD-ə qarşı kampaniyasına qoşulduğu, ancaq daha çox PKK-çılara zərbələr endirdiyi vurğulanır. Bu zaman belə fərziyyələr yaranır ki, Türkiyə İŞİD məsələsindən ancaq əsl niyyətini gizlətmək üçün istifadə edib. Ancaq istənilən halda Ankaranın etdiyi böyük dəyişiklikdir. ABŞ rəsmiləri bu fikirdədirlər ki, İŞİD-i əzmək yolunda Türkiyənin əməkdaşlığı vazkeçilməzdir – Suriya ilə sərhədə nəzarət olunur, cihadçılara qarşı açıq hava bazaları var və s.

«Bir neçə ay kənar durandan sonra cənab Erdoğan Vaşinqtona istədiyini verdi. Hətta Obama administrasiyası əvəzində onun istədiyini etməsə də: Türkiyə Assad rejiminə qarşı Suriyanın böyük hissəsini əhatələyən qeyri-uçuş zonası istəyirdi».

«Yaxın Şərqdə müstəqil Türkiyə xarici siyasəti anlayışı tamamilə iflasa uğrayıb. Bu heç də sadəcə Surucda 32 nəfərin ölümündən sonra Türkiyənin İŞİD-in birbaşa təhlükə olmasını anladığını göstərmir. İqtisadiyyatı zəifləyən və parlamentdə mütləq çoxluğu itirən AKP hakimiyyəti Türkiyənin Yaxın Şərqdə Qərbin dəstəyi olmadan fəaliyyət göstərə biləcəyi ideyasına yenidən baxmağa başlayıb».

XS
SM
MD
LG