Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:11

Keçmiş səfir dostların dönüklüyündən yazdı


Arif Məmmədov
Arif Məmmədov

-

Hazırda Brüsseldə yaşayan keçmiş səfir Arif Məmmədov dostlarının ondan üz çevirməsi haqda yazıb.

Səfir yazır: «10, 20 30 il mənim ən yaxın düşündüyüm, ən azı 50-100 dəfə duz çörək kəsdiyim «dostlarım» məndən üzlərini döndərdilər».

Arif Məmmədov bildirir ki, bu, Binəqədidəki bina yanğını ilə bağlı xalqa başsağlığı verməsindən sonra olub.

Arif Məmmədov elə bu hadisələrdən sonra tanımadığı və birbaşa ünsiyyətdə olmadığı dostlar qazandığını da yazıb.

Keçmiş səfir Arif Məmmədov hazırda Brüsseldə yaşayır. Azərbaycan onu korrupsiyada ittiham edərək haqqında axtarış elan edib. Arif Məmmədov ittihamları gülünc adlandırır. Siyasi fikirlərinə, hakimiyyətə qarşı olan bəyanatlara görə hədəfə alındığını bildirir.

XS
SM
MD
LG