Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 13:46

Sərhəddə nə baş verir?


Qabil Hüseynli
Qabil Hüseynli

Minsk qrupunun amerikalı həmsədri James Warlick Twitterdə Azərbaycan-Ermənistan sərhədindəki atışmaları "təhlükəli gərginləşmə" adlandırır.

Azərbaycanın müdafiə nazirliyi Tovuzun Əlibəyli, Qazaxın Məzəm kəndlərinin Ermənistan tərəfdən atəşə tutulduğunu bildirir, Ermənistanın müdafiə nazirliyi isə əksinə, Azərbaycanı günahlandırır, iddia edir ki, Azərbaycan sərhəddə provokasiya törədir.

Azərbaycanın müdafiə nazirliyi öz növbəsində, Ermənistanın hərbi təlim adı ilə 20 kəndin əhalisini təxliyyə etdiyini bildirir.

Azadlıq Radiosunun Erməni xidməti isə Ermənistanın müdafiə nazirlyinin mətbuat katibi Arsrun Hovannisiandan soruşub ki, müharibə təhlükəsi varmı? Hovannisian cavab verib ki, "peşəkar nöqteyi nəzərdən bu, elə müharibədir, sadəcə, elə intensizlik yoxdur. İrimiqyaslı hərbi əməliyyatlara gəlincə, bunların ola biləcəyini demək mümkün deyil, onlar ola da bilər, olmaya da bilər".

Azərbaycan -Ermənistan sərhədində baş verən nədir? Politoloq Qabil Hüseynli AzadlıqLive-a belə cavab verir ki, baş verənlər erməni tərəfinin provokasiyasıdır. Ermənistan bununla Azərbaycanı cavab verməyə təhrik edir ki, Azərbaycanı təcavüzkar kimi göstərsin. Bunun isə səbəbi Sergey Lavrovun Bakı səfərindən narahatlıq, Dağlıq Qarabağ ətrafında 7 rayonun qaytarılması məsələsidir. 7 rayon qaytarılsa, Sarkisian hakimiyyətdə qala bilməyəcək.

Qabil Hüseynli onu da deyir ki, Rusiya Azərbaycandan böyük güzəştlər istəyir, Azərbaycan isə belə güzəştlərə meyilli deyil.

Politoloqun fikrincə, hadisələrin necə gedəcəyi istənilən halda, Rusiyanın mövqeyindən asılı olacaq.

Gözlə
Embed

No media source currently available

0:00 0:08:52 0:00
Direct-ə keçid

XS
SM
MD
LG