Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:34

Meydan TV-nin müdafiəsinə qalxdılar


Meydan TV
Meydan TV

-

16 beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycanda Meydan TV-nin jurnalistlərinin hüquqlarının müdafiəsinə qalxdı.

Norveç Helsinki Komitəsi, PEN Amerika Mərkəzi, ARTICLE 19, «Index on Censorship», «Beynəlxalq Media Dəstəyi», «People in Need» və s. təşkilatların imza atdığı bəyanatda Meydan TV-nin əməkdaşı Şirin Abbasovun saxlanması, digər əməkdaşlara təzyiqlər pislənir.

«Beynəlxalq Media Dəstəyi» Təşkilatının icraçı direktoru Jesper Højberg-in fikrincə, Şirin Abbasovun həbsi göstərir ki, Azərbaycan hakimiyyətinin müstəqil mediadan əl çəkmək fikri yoxdur. Onun dediyinə görə, hökumət tənqidləri, az sayda qalan medianı da boğmaqla Azərbaycanda yaxınlaşan parlament seçkilərinin işıqlandırılmasının qarşısını almaq istəyir.

Şirin Abbasov sentyabrın 16-da yoxa çıxıb, bir gün sonra onun DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlandığı məlum olub. Anasına İdarədən bildiriblər ki, Şirin Abbasov polisə müqavimətdə təqsirləndirilir və ona bir aylıq inzibatı həbs cəzası kəsilib.

Sentyabrın 16-da Meydan TV-nin iki xanım əməkdaşı da DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dindirilib. Onlardan Meydan TV-dəki fəaliyyətləri, TV-nin rəhbəri, eləcə də Mingəçevir hadisələri zamanı polis bölməsində ölmüş Bəhruz Hacıyevin morqdakı videosunu kimin və necə çəkməsi, müxbirlərin nə qədər maaş alması haqda soruşublar.

XS
SM
MD
LG