Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:45

M.Pənahov: «Kim gəlirsə, xoş gəlir, kim gəlmirsə...»


Məzahir Pənahov
Məzahir Pənahov

-

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Milli Məclisə seçkilərə müşahidəçi yollamaqdan imtina etməsinə münasibət bildirib.

M.Pənahov deyib ki, bütün subyektləri, o cümlədən müşahidəçiləri Azərbaycanda keçirilən seçkilərdə iştiraka dəvət edirlər:

«Kim seçkiləri müşahidəyə gəlirsə, xoş gəlir, kim gəlmirsə, bu da onların öz işləridir. Bizim üçün əsas odur ki, ilk növbədə seçkilərdən Azərbaycan ictimaiyyəti razı qalsın. İkinci, istənilən mərhələdə, istənilən formatda dünyanın istənilən yerində keçirilən tədbirdə Azərbaycanın mövqeyini ortaya qoyuruq və reallıq diqqətə çatdırılan zaman ictimaiyyət tərəfindən təqdirəlayiq qiymətləndirilir. Ona görə də buna kiminsə qərəzli münasibətinin üzərində dayanmaq istəmirəm, bu, bizim səlahiyyətimizə daxil olan məsələ deyil. Hər bir qurumun öz daxili siyasəti var». /apa/

Azərbaycanda parlament seçkiləri noyabrın 1-nə təyin olunub.

XS
SM
MD
LG