Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:44

Vergi borcluları həbs olunub


Foto illüstrasiya.
Foto illüstrasiya.

-

Vergi borclarını vaxtında ödəmədiklərinə görə, Binəqədi rayon Məhkəməsinin 9 oktyabr qərarı ilə vergiödəyiciləri Ağayev Habil Ağamoğlan oğlu 5 gün, Əsgərov Rövşən Müseyib oğlu isə 3 gün müddətində inzibati qaydada həbs olunub.

Vergilər Nazirliyindən verilən məlumata görə, nazirlik yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Vergi borclarının məcburi alınması idarəsi ilə Ədliyyə Nazirliyinin İcra baş idarəsinin keçirdiyi birgə tədbirlər çərçivəsində məhkəməyə müraciət olunub.

Məlumatda nazirliyin müraciəti də yer alıb: «Vergilər Nazirliyi bir daha vergiödəyicilərinə müraciət edərək vergi öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirməyə, vergi borclarının yaranmasına yol verməməyə çağırır».

XS
SM
MD
LG