Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:28

Lənkəranda evləri su basıb


Foto illüstrasiya
Foto illüstrasiya

-

Lənkəranın Bürcəli kənd sakinləri AzadlıqRadiosunun «Qaynar xətt»inə ötən gecə evlərinin su altında qaldığını deyirlər.

Əfqan Babalının sözlərinə görə, yaşadığı ev və həyət qısa zamanda su ilə dolub. Gecədən ailəlikcə evi tərk ediblər:

«Hara gedəcəyimizi bilmirik. Sənədlərimizdən tutmuş yorğan-döşəyəcən hər şey suyun altında qalıb. Başımızı itirmişik».

Sakinlər deyir, leysan kənddə hər iki evdən birinə zərər vurub. Zəminə Məhəmmədova bunun səbəbini kənddə belə halların qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməməsində görür:

«Əlavə arxlar qazılmır, tədbir görülmür. Sakit havada əllərini əllərinin üstünə qoyub otururlar. Qəflətən belə vəziyyət yarananda, zərərini biz çəkirik».

Zəminə xanım evinin zirzəmisinin və həyətinin su ilə dolduğunu bildirir.

Kəndin vəziyyəti barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında da məlumat yerləşdirilib. Qeyd olunur ki, oktyabrın 16-dan 17-nə keçən gecə leysan nəticəsində kənddə bəzi evlərin həyətyanı sahələri və zirzəmiləri su ilə dolub. Xilasedicilər tərəfindən 5 ailə xilas olunaraq təhlükəsiz əraziyə təxliyə edilib.

Lənkəranın icra hakimiyyətindən isə «Qaynar xətt»ə bildiriblər ki, hazırda kənddə su basmış əmlakların vəziyyəti, dəymiş zərər öyrənilir.

XS
SM
MD
LG