Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:13

«Exit-poll» hansı təşkilatlara həvalə olundu?


2008-ci il seçkilərində «exit-poll».
2008-ci il seçkilərində «exit-poll».

-

Noyabrın 1-də keçiriləcək parlament seçkilərində «exit-poll» (çıxışda sorğu) keçirəcək yerli və xarici təşkilatlar məlumdur.

Əmək Hüquqları Müdafiə Liqası ABŞ-ın «AJF&Associates Inc.» təşkilatı ilə əməkdaşlıq edəcək.

Gənclərin Hüquqlarını Müdafiə Mərkəzi isə Fransanın «Opinion Way» sosioloji xidməti ilə «exit-poll» keçirəcək.

Seçki məntəqələrindən çıxan seçicilərin rəyini öyrənəcək üçüncü təşkilat isə «ELS» Müstəqil Araşdırmalar Mərkəzidir.

Mərkəzin rəhbəri İradə Yaqubova AzadlıqRadiosuna bildirib ki, mərkəz «exit-poll»u ölkənin 118 dairəsi üzrə 1180 seçki məntəqəsində keçirməyi planlaşdırır.

«EXIT-POLL» TƏCRÜBƏLƏRİ YOXDUR, AMMA...

«ELS»dən fərqli olaraq Gənclərin Hüquqlarını Müdafiə Mərkəzi və Əmək Hüquqları Müdafiə Liqası bundan əvvəl «exit-poll» keçirməyiblər.

Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov AzadlıqRadiosuna deyib ki, ilk dəfə «exit-poll» keçirsələr də, bundan əvvəl də seçkiləri monitorinq ediblər.

Xarici təşkilatlara gəldikdə, «AJF&Associates Inc.» təşkilatının 2013-cü il prezident seçkisi zamanı keçirdiyi «exit-poll»un nəticəsinə görə, İlham Əliyev 82.7 faiz səs toplayaraq bütün rəqiblərini üstələmişdi.

ƏHALİNİN YARISI ƏLİYEVİ DƏSTƏKLƏYİB

«Opinion Way» təşkilatının Azərbaycanda keçirdiyi sorğuya görə isə, ölkə əhalisinin çoxu İlham Əliyevin siyasətini dəstəkləyir.

Azərbaycanda «exit-poll» ənənəsi 2005-ci il parlament seçkilərində qoyulub. Ancaq Azərbaycanda «exit-poll» keçirən təşkilatlar bir qayda olaraq indiyə kimi maliyyə mənbələrini ictimaiyyətə tam açıqlamayıblar. Bu da cəmiyyətdə müəyyən suallar doğurub.

XS
SM
MD
LG