Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:20

Abid Şərifov: Məsələ ciddidir


Abid Şərifov
Abid Şərifov

-

Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında sürüşmə-çökmə baş verən ərazini ciddi nəzarətdə saxlayır.

«Həmin ərazidə yağış kollektoru olmadığından istinad divarlarında axma baş verib. Bununla bağlı mütəxəssislər tərəfindən layihə hazırlanıb və işlər həyata keçirilir».

Bunu APA-ya baş nazirin müavini, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov deyib.

A.Şərifov bildirib ki, bu, böyük və ciddi məsələdir: «Hazırda orada ciddi iş gedir, yaxın vaxtlarda başa çatacaq. Ərazidə qorxulu halın baş verməsinin qarşısı alınıb. İstinad divarlarının aşmaması üçün dirəklər vurulub. Bu məsələ ciddi nəzarətdədir».

Oktyabrın 7-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında sürüşmə-çökmə baş verib. Bakı-Sumqayıt yolunun əsas hissəsində çatlar əmələ gəlib, ərazidəki 25-30 metr hündürlüyündə istinad divarı üçün ciddi təhlükə yaranıb. Divarda bərkitmə işlərinə başlanılsa da, Milli Geoloji Kəşfiyyat Xidmətinin baş geoloqu Ələmdar Piriyev deyib ki, bu heç bir effekt verməyəcək. Həmin istinad divarını söküb yenidən inşa etmək lazımdır.

XS
SM
MD
LG