Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:41

Nazir həbsləri etiraf etdi


Əli Abbasov
Əli Abbasov

"Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin işçiləri arasında müvəqqəti saxlanılanlar var.

ANS-nin məlumatına görə, bunu MTN-dəki işlə bağlı həbslərə münasibət bildirərkən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Nazir bildirib ki, Bakı Telefon Rabitəsi və İstehsalat Birliyinin Maliyyə və Təsərrüfat fəaliyyətinə aid müəyyən yoxlama və araşdırmalar aparılır.

Onun sözlərinə görə, bu ilkin araşdırmalardır və bununla bağlı digər müəssisələrdə də araşdırma aparılır.

Prezident İlham Əliyev oktyabrın 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Eldar Mahmudov vəzifəsindən azad edildikdən sonra Milli Təhlükəsizlik Nazirliyində həbslər aparılıb.

Xüsusi Dövlət Mühafizə Xidməti və Baş Prokurorluğun birgə əməliyyat qurupu MTN-də bir neçə yüksək rütbəli şəxsi saxlayıb.

Hazırda istintaq gedir.

XS
SM
MD
LG