Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:40

Dustaq məhkəmədə özünü yandırmağa cəhd etdi


İllüstrasiya
İllüstrasiya

►“Samir qərara etiraz əlaməti olaraq əynindəki gödəkcəyə alışqanla od vurdu. Gödəkcə alışdı."

“SAMİR EVDƏ, AİLƏSİNİN YANINDA OLUB”

Bakı sakini Zəminə Əliyeva AzadlıqRadiosunun “Qaynar xətt”inə məlumat verib ki, noyabrın 11-də həbs müddətinin uzadılması üçün Nəsimi rayon Məhkəməsinə gətirilən həyat yoldaşı, 34 yaşlı Samir Əliyev məhkəmə zalında özünü yandırmağa cəhd edib.

Zəminə Əliyeva deyir, həyat yoldaşı Samir Əliyevin Natəvan Əliyeva adlı qadının ölümü ilə əlaqəsi olmadığını sübuta yetirən bütün faktları ortaya qoysalar da, istintaq orqanı qətli onun üzərinə atmaqda maraqlıdır:

“Samir evdə ailəsinin yanında olub. Bunu istintaqa şahidlər də təsdiqləyib. Ekspertiza rəyləri ilə də onun hadisədə əli olmadığı üzə çıxıb. Bununla belə əl çəkmirlər. Keçmiş həyat yoldaşının qətlini onun üzərinə atmaq istəyirlər. 4 ay həbsdə saxlanıldı, gözləyirdik ki, bu gün həbs müddəti başa çatıb, azad edərlər. Ancaq əksinə oldu. Gətirdilər məhkəməyə, həbs müddətini 4 ay da uzatdılar”.

Buna da bax: Putinin qızları

“GÖDƏKCƏ ALIŞDI”

AzadlıqRadiosu Nəsimi rayon Məhkəməsi ilə əlaqə saxlayıb. Ancaq sualı eşidəndə, “burada belə hadisə olmayıb” deyib dəstəyi asdılar.

Nəsimi rayon Prokurorluğundan bildiriblər ki, Natəvan Əliyevanın qətli ilə bağlı istintaq getdiyi üçün məlumat verə bilməzlər.

Vəkil Elnur Quliyev bildirib ki, hakim həbs müddətinin uzadılması qərarını elan edərkən Samir Əliyev alışqanla özünü yandırıb:

“Samir qanunsuz olaraq həbsdə saxlanıldığını dedi və qərara etiraz əlaməti olaraq əynindəki gödəkcəyə alışqanla od vurdu. Gödəkcə alışdı. Məhkəmə nəzarətçiləri dərhal müdaxilə etdilər”.

Buna da bax: «Bizə dedilər ki, saxlamışıq, ara sakitləşəndən sonra...»

QƏTLDƏN BİR NEÇƏ GÜN ÖNCƏ İTKİN DÜŞÜBMÜŞ

Bu il iyulun 6-da gecə saat 01.30 radələrində Bakı - Quba yolunun 55-ci kilometrliyində yandırılmış qadın meyiti tapılıb. Tezliklə müəyyən edilib ki, öldürülən qadın Bakı sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyevadır. 34 yaşlı Natəvan Əliyeva paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyibmiş. Qətldən bir neçə gün əvvəl – iyunun 25-dən 26-na keçən gecə onun itkin düşməsi barədə yaxınları tərəfindən Xətai rayon polisinə ərizə daxil olubmuş.

Meyit tapılandan bir neçə gün sonra Natəvan Əliyevanın keçmiş həyat yoldaşı Samir Əliyev şübhəli şəxs kimi saxlanılaraq istintaqa cəlb olunub. Nəsimi rayon Məhkəməsi tərəfindən barəsində 4 aylıq həbs qərarı çıxarılıb.

Buna da bax: "Əgər əmanətləri tam qaytarmağa gücümüz çatmasa..."

XS
SM
MD
LG