Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:32

Yaşayış minimumu kasıb həyata bəs etmir


-

2016-cı il üçün yaşayış minimumu 136 manat proqnozlaşdırılıb.

«2016-cı ildə Azərbaycanda yaşayış minimumu haqqında» qanunda bu məbləğ əməkqabiliyyətli əhali üçün 145 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 118 manat nəzərdə tutulur. Bunun əsasında hökumət pensiya, müavinət, ünvanlı yardım və minimum əməkhaqqı müəyyən edir.

Bu məbləğ aztəminatlı vətəndaşlar üçün yetərlidirmi?

«Turan»ın hesablamasına görə, 2015-ci ilin oktyabrında əməkqabiliyyətli əhali minimum istehlak səbəti, kommunal xidmət, nəqliyyat və internetə 129.7 manat xərcləyib. 2015-ci ildə Nazirlər Kabineti yaşayış minimumunu 131 manat (işləyənlər üçün 140, pensiyaçı və uşaqlar üçün 108 manat) müəyyən edib. Üstəlik, 2015-ci il üçün yaşayış minimumu manatın 34% devalvasiyasından əvvəl qəbul edilib. Hökumət vətəndaşların devalvasiya itkilərini kompensasiya etməyib.

5 MANAT QALACAQ

İşləyən vətəndaşın şəxsi xərcləri (minimum istehlak səbəti çərçivəsində) ilə yaşayış minimumu arasında fərqə qayıdaq. 140 manatdan 129.7 çıxanda 10.3 manat qalır. Aztəminatlı, amma işləyən insan «səbətdə» nəzərdə tutulmayan məbləği tütünə, spirtli içkiyə, qonaqlara və hədiyyələrə xərcləyə bilər. Və ya bir tay ayaqqabı ala bilər. Minimal istehlak səbətində nəzərdə tutulan paltara pul qalmır.

Gələn il bazarda qiymətlər 2015-ci ilin oktyabrı səviyyəsində qalsa, əməkqabiliyyətli əhalinin daha 5 manatı qalacaq. Çünki hökumət gələn il onlar üçün yaşayış minimumunu 145 manata qaldırıb. «Artıq» 5 manata orta statistik işləyən adam yeni toxuma papaq ala bilər.

Hökumətin normativləri pensiyaçı və uşaqlar üçün də real tələbata uyğun deyil.
«Turan»ın hesablaması göstərir ki, müxtəlif illərdə bazardakı real qiymətlərlə kasıb əhalinin mifik yaşayış norması arasında fərq 30-50% təşkil edib.

XS
SM
MD
LG