Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 05:38

Aeroporta yeni avtobus xətti açıldı


Avtobuslar
Avtobuslar

-

Noyabrın 30-da Bakıda «Baku Bus» MMC-nin yeni alman avtobusları istifadəyə verilib.

Məlumatı Trend yayıb. Bildirilir ki, yeni avtobuslar hava limanı – «28 May» metro stansiyası xətti üzrə hərəkət edəcək.

Sözügedən xətdə 5 avtobus fəaliyyət göstərəcək və gediş haqqı 1 manat 30 qəpik olacaq. Xəttə buraxılan alman avtobuslarında mini mətbəx, soyuducu, (Wi-Fi) və ayaqyolu var. Oturacaqlar həm arxaya, həm də yana hərəkət edir. Ayaqüstə sərnişin daşımayan avtobusların tutumu 48 yerlikdir.

«Neoplan» adlanan avtobuslar 24 saat fəaliyyət göstərəcək. Həm hava limanından, həm də «28 May» metro stansiyasından çıxış intervalı 1 saat nəzərdə tutulub. Sərnişinlər 30 dəqiqə ərzində mənzil başına çata biləcəklər.

Avtobuslar dayanacaqda saxlamayacaq. Sərnişinlər yalnız «28 May» və hava limanında avtobuslara minə bilərlər. Gediş haqqı «Bakıkart»la ödəniləcək.

XS
SM
MD
LG