Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:13

Quyuya zəncir doldurub yanğını söndürüblər


Arxiv foto -Rusiya
Arxiv foto -Rusiya

-

Bibiheybət yanğınını usta Şaban söndürmüşdü...
O, neft quyusuna tonlarla zəncir doldurub yanğını söndürə bilmişdi...

NEFTXUDA İNTİHAR EDİRMİŞ..


...Güclü fontandan neft çay kimi axıb yaxınlıqdakı kənd və qəsəbə evlərini, tövlələri basır, uçurdur, qonşu mədənlərdəki emalatxanalar, buruqlar qalırdı neft selinin altında; binalar, idarələr dağılırdı. Fəlakətə düşən adamlar tez-tələsik başqa yerə köçürdülər. Sonra da fontan sahibini məhkəməyə verib, çəkdiklərini zərərin əvəzini tələb edirdilər. Ölən və yaralananlar üçün qan bahası, şikəstləri sağaltmağa müavinət istəyirdilər. Belə vaxtlarda bazarda neftin qiyməti çox aşağı düşürdü. Fontan sahibləri və xırda mədənçilər iflas olurdular. Sahibkar bəzən dözə bilməyib özünü asır, intihar edirdi.
Sabunçu mədənində 130 buruq yanmışdı...

Bunu da oxu: Neftçilər xilas edilərkən çəkilən videoda ilkin kadrlar

...Neft emal edən zavodlardakı fəhlələrin işi qazmaçı və dartayçılardan heç də asan deyildi. Tez-tez yanğınlar baş verir, çənlər partlayır, fəhlələr şikəst olur, ölürdülər...

Mədən və zavodlarda tez-tez baş verən yanğınlar çoxlu tələfat doğururdu. Neftə bulaşmış ağac buruqlar, buruq ətrafındakı anbar və gölməçələr, üfunətli çalalar yan-yörədə cəhənnəm mənzərəsi yaradırdı. Yanğınlar uzun sürürdü, çünki önünü kəsmək üçün əməli vasitə yox idi. Xəzri taxta parçalarını ətrafa səpələyir, yanğın düşür, alov buruqlara keçir və hər tərəfə yayılırdı. 1903-cü ildə Sabunçuda – cənub mədənində baş vermiş yanğından 130 buruq yanıb külə dönmüşdü. Belə vaxtlarda mədənlər qatı tüstü dumanından görünməz olurdu.

USTA ŞABAN BİR AYDAN ÇOX SÜRƏNYANĞINI BELƏ SÖNDÜRMÜŞDÜ

...Bibiheybətdə 1903-cü ildə güclü fontan vuran bir buruqda yanğın bir neçə həftə sürmüşdü... Alov ətrafdakı buruq və anbarlara yayılmış, od-alov sel kimi axıb, önünə çıxan hər şeyi alışdırıb külə döndərmişdi. Bu yanğın nəticəsində onlarca buruq, bir neçə kontor binası yanmışdı. Sentyabrın 9-da başlanan yanğını yalnız oktyabrın 10-da zorla söndürə bilmişdilər...

...Bibiheybətdəki başqa bir yanğın o qədər güclü olmuşdu ki, alov dilimləri 90 km uzaqlıqdakı Mərəzə kəndindən görünürmüş. Deyilənə görə, Şabah adlı usta külli miqdarda pula işi podrata götürür, tonlarla zəncir alır, yardımçılarıyla faytonlara yükləyib, yanan buruqlara daşıtdırır; zəncirləri tədricən quyuya doldurur və yavaş-yavaş od-alovu söndürməyi bacarır...

Qaynaq: Manaf Süleymanov. Eşitdiklərim. Oxuduqlarım. Gördüklərim., Azərnəşr, 1987, səh. 75-78

Buna da bax: "Yanğın birbaşa platformanın ortasına yayıldı"

XS
SM
MD
LG