Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:20

"Günəşli" yatağında nələr baş verib... [TƏHLİL]


Günəşli yatağında yanğını söndürməyə çalışırlar.
Günəşli yatağında yanğını söndürməyə çalışırlar.

-

DƏNİZ PLATFORMASINDA ÜÇÜNCÜ QƏZA

“İnsidentin müxtəlif aspektləri ilə operativ tanışlıq texnoloji, istehsalat, idarəçilik xarakterli problemlərin, həmçinin dəniz neft hasilatının təhlükəsizliyi sahəsində faciəyə yol aça biləcək problemlərin olduğunu göstərir”.

Turan İA-nın analitik xidməti “Günəşli” olayını təhsil edərkən belə yazır.
Agentlik yazır ki, bu, son üç ildə Azərbaycanda dəniz platformalarında baş vermiş üçüncü qəzadır. 1985-ci ildə “Bahar” yatağında qaz quyusunda yanğın baş verdikdən bu yana qəza olmamışdı.

“Platformalar müntəzəm olaraq əsaslı təmir olunmalı, beynəlxalq konsorsiumun tabeliyində olan platformalar profilaktika məqsədilə müəyyən zaman kəsiyində işi dayandırmalıdır.

Elə hallar olub ki, neftin hasilat səviyyəsinin saxlanması üçün əsaslı təmirin təxirə salınması barədə konsorsiumun operatoru BP şirkətinə yüksək səviyyədə müraciətlər edilib. Məlum deyil ki, SOCAR tərəfindən planlı işlərin keçirilməsi qaydalarına əməl olunubmu?

Bunu da oxu: Qohumlar SOCAR-ın qarşısına toplaşır

Daha sonra təhlükəsizlik durumunu təhlil edən portal yazır ki:

“Personalın yalnız iki saldan istifadə etməsi və doqquzballıq dənizdə nisbətən təhlükəsiz platformaya üstünlük verməsi faktı göstərir ki, platformada çaxnaşma yaranıb, idarəetmə itirilib, adamlar təlimata uyğun hərəkət etməyiblər. Bu, belə düşünməyə əsas verir ki, personala fövqəladə hallarda davranış qaydalarının öyrədilməsi aşağı səviyyədə aparılıb. Platforma ilə baş şirkət arasında əlaqənin olub-olmaması, mərkəzin hansı tədbirləri görməsi və vəziyyəti necə idarə etməsi məlum deyil. Güman etmək olar ki, lazımi səviyyədə olmayıb”.

İnformasiya yardımına gəlincə:

“Qəza ilə bağlı hərəkətlərin informasiya təminatı və idarə edilməsi göstərdi ki, hakimiyyətin bütün qolları fövqəladə vəziyyətlərə hazır deyil. Bütün neftçilərin xilas edilməsi, vəziyyətin nəzarətdə olması barədə ilkin yalnış məlumatlar, sonra isə itkin düşənlərin axtarışı barədə müəmmalı məlumatlar, nəhayət, itkin düşənlər haqda bilginin olmaması vəziyyətin idarə edilməsinin azdırılmasının göstəricisidir. Hazırda faciənin maksimum kiçildilməsi və kamuflyaj edilməsi xətti götürülüb. Yəni, söhbət hakimiyyətin reputasiyasının xilas edilməsindən gedir, problemin etiraf edilərək həll olunmasından yox”.

Təhlilin tam mətni ilə buradan tanış olmaq olar.

"İş yoldaşlarını xilas edirdi"
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

''Günəşli'' yatağındakı yanğından yeni görüntülər
Gözlə

No media source currently available

0:00 0:00:25 0:00

XS
SM
MD
LG