Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:16

Neft daha nə qədər ucuzlaşa bilər?


Neft
Neft

-

Dekabrın 9-da dünya bazarında xam neftin qiyməti cüzi artsa da, bir gün öncə baş verən ciddi ucuzlaşma hələ də aparıcı xəbər kanallarının baş mövzusudur. Neft 2009-cu ilin fevralından bəri ən ucuz qiymətə satılır və uzun müddətdir gözlənən 1 barel/40 dollar psixoloji baryerini aşıb. Bu o deməkdir ki,ilin əvvəli ilə müqayisədə, 1 barel neftə 10 dollar az pul ödəyirsən.

«UCUZLAŞMA SÜRƏCƏK»

«Xam neftin qiyməti hansı həddədək enəcək2 sualı bu gün beynəlxalq analitikləri ciddi düşündürür.

İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, proqnozlara görə, dünya bazarlarında indiki yüksək təklif şəraitində ucuzlaşma davam edəcək: «Hazırda gündəlik 92 milyon barel tələbə qarşı, ən azı, 1 milyon çox, yəni 93 milyon barel neft təklif olunur. Odur ki, təklifin artması ucuzlaşmanın başlıca səbəbi göstərilir».

«TƏCİLİ TƏDBİRLƏR GÖRÜLMƏLİDİR»

Ekspert deyir ki, bu ucuzlaşmanın Azərbaycan iqtisadiyyatına və manatına neqativ təsirlərini neytrallaşdırmaq lazımdır: «Bu məqsədlə əlavə maliyyə qaynaqları formalaşdırılmalıdır. Qısamüddətli effektə yalnız biznes mühitinin yaxşılaşdırılması yolu ilə nail olmaq mümkündür. Bu isə təcili ciddi qərarlar, o sıradan inhisarçılıq və korrupsiya ilə mübarizə tələb edir. Paralel olaraq iqtisadi azadlıqların genişləndirilməsi sahəsində tədbirlər görülməlidir».

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, Neft İxrac Edən Ölkələrin (OPEC) kvotanı saxlamaq qərarından sonra neft, əvvəl-axır, ucuzlaşmalı idi: «Gözlənildiyi kimi, OPEC-in qərarından sonra neft bazarı bir müddət tərəddüd keçirdi, ciddi oynamalar oldu. Amma kvotalar azalmadığından, qiymət düşməyə davam edəcək».

«YAXIN ZAMANDA 30-LARDA DOLAŞAN NEFT QİYMƏTLƏRİ GÖRƏCƏYİK»

Ekspert dünyada gündəlik neft hasilatının 90-93 milyon barel olduğunu xatırladır: «Onun cəmi 32 milyon bareli OPEC-in payına düşür, yəni kartelə daxil olmayan ölkələr, o cümlədən Rusiya, ABŞ kimi neft ölkələri hasilatı azaltmağı düşünmürlər. Ona görə də, gələcək illərdə neftin qiyməti, ən yaxşı halda, 55-65 dollaradək qalxa bilər. Amma bu artımdan öncə «dib» qiymətlər olacaq, biz hələ yaxın zamanda 30-larda dolaşan neft qiymətləri görəcəyik».

XS
SM
MD
LG