Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:46

Rəşid Behbudov-100-Böyük yubiley yetişdi…


Rəşid Behbudovun məzari. 14 dekabr 2015.
Rəşid Behbudovun məzari. 14 dekabr 2015.

-

Dekabrın 14-də keçmiş sovet məkanının estrada əfsanəsi, Azərbaycanın görkəmli müğənnisi Rəşid Behbudovun anadan olmasının 100 ili tamamlanır.

Hər il olduğu kimi, bu il də saat 12-də onun uyuduğu Fəxri Xiyabanda məzarı başında anım mərasimi keçirilir.

Rəşid bəy 1915-ci ildə Tbilisidə tanınmış ailədə doğulub.

Atası şuşalı xanəndə Məcid Behbudov, anasıQazağın məşhur Vəkilovlar nəslinin nümayəndəsi dövrünün maarifçi qadınlarından olan Firuzə xanım Vəkilova olub.

Tbilisinin – ovaxtkı Tiflisin «Şeytanbazar» məhəlləsində böyüyən gələcəyin ünlü sənətkarı uşaqlıqdan oxumağa başlayıb.

Əvvəlcə şəhərin estrada qruplarında, daha sonra Yerevan Dövlət Caz Orkestrində çalışıb.

1943-cü ildə Bakıda qastrolda olarkən təsadüfən «Arşın mal alan» filminin yaradıcı qrupunun diqqətini çəkib və beləcə Əskər roluna dəvət alıb.

1946-cı ildə bu rola görə eks-sovet məkanının ən sayılan mükafatına - SSRİ Dövlət Mükafatına layiq görülüb.

Film 86 dilə çevrilib, 136 ölkədə göstərilib.

Azərbaycan musiqisində Rəşid Behbudov erası belə başlanıb.

Saysız mükafatlar, ən seçkin adlar, aramsız qastrollar, inanılmaz şöhrət hər zaman onunla addımlayıb.

O, bütün bunların əvəzini bənzərsiz səsi ilə ödəyib.

Rəşid bəy 1989-cu il iyunun 9-da 74 yaşında Moskvada dünya ilə vidalaşıb.

Amma yaddaşlarda hər zaman diri, hər zaman arzulanan, əvəzsiz sənətkar kimi qalıb.

Və özündən sonra «İkinci Rəşid Behbudov bir də olmayacaq» deyimini yadigar qoyub gedib.

AzadlıqRadiosunun «İz» proqramının bu həftəsonu efirə gedəcək buraxılışı əfsanəvi müğənniyə həsr olunacaq.

XS
SM
MD
LG