Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:54

«Bu sanksiyalar çoxdan qəbul edilməli idi»


Əli Kərimli
Əli Kərimli

-

AXCP sədri Əli Kərimli istər «Demokratiya Aktı» adlı qanun layihəsinin hazırlanmasını, istərsə də Avropa Şurasının Baş katibinin addımını gecikmiş saysa da, müsbət qiymətləndirir.

«Azərbaycanda sifarişli məhkəmə hökmləri ilə 100-dən artıq ictimai-siyasi fəal, jurnalist, siyasətçi, hüquq müdafiəçisi, vəkil azadlıqdan məhrum edilib. Hesab edirəm ki, bu qanun layihəsi çoxdan qəbul edilməli idi. Sifarişli məhkəmə hökmləri çıxaranlara, ittiham aktı irəli sürən prokurorlara, polisdə və başqa hüquq-mühafizə orqanlarında cinayət işlərinin quraşdırılmasında iştirak edənlərə, eləcə də hökumət administrasiyasının vəzifəli şəxslərinə qarşı ünvanlı sanksiyalar çoxdan qəbul olunmalı idi», - müxalifət lideri söyləyir.

Əli Kərimli bir məqama da xüsusi diqqət çəkir. O, ünvanlı sanksiyalardan Azərbaycan dövləti və cəmiyyətinin heç bir zərər görməyəcəyini bildirir. Bu sanksiyalar ünvanlıdır deyə? sadəcə, məsuliyyət daşıyan vəzifəli şəxslərə qarşı yönəlmiş olacağını xatırladır.

İTİRİLƏN BİR İLƏ TƏƏSSÜFLƏNİR

AXCP sədri Avropa Şurası baş katibi Thorbjorn Jagland-ın Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasını necə yerinə yetirməsi yönündə araşdırmaya başlamasını da dəstəkləyir.

Ancaq o, ötən il Jagland-ın, hüquq müdafiəçilərinin iştirakı ilə hökumətin yaratdığı «imitasiya xarakterli» işçi qrupunda itirilən bir ilə təəssüf etdiyini də bildirir.

«İMİTASİYA XARAKTERLİ ADDIMLAR ATILMAMALIDIR»

Əli Kərimlinin fikrincə, təqdirolunan haldır ki, beynəlxalq birlik ötən illərə nisbətdə Azərbaycanda demokratiya və insan haqları məsələsinə daha prinsipial yanaşır. Amma bir arzusunu da dilə gətirir:

«İndi arzuolunan odur ki, təşəbbüs növbəti dəfə imitasiya edilməsin. Yəqin ilin sonunda bir neçə nəfər əfv fərmanı ilə azad ediləcək. Hökumət Qərblə, ABŞ-la oyun oynamağa çalışacaq. Vaxtaşırı siyahıdan kimisə azad edib yeni məhbuslarla əvəz etməklə sanksiyaların qəbul edilməməsinə çalışacaq. Problemlərin həlli ilə bağlı ABŞ-a, Qərbə ümid veriləcək. Elə bu məqsədlə Leyla və Arif Yunus azad edilsə də, həmin gün Fuad Qəhrəmanlı (AXCP sədrinin müavini-red.) həbs olundu. Bir neçə nəfərin azadlığa çıxması münasibəti dəyişməli deyil, bu məsələ köklü şəkildə həllini tapmalıdır. Azərbaycan hakimiyyəti qəbul etməlidir ki, müxtəliffikirlilik olmalı, müxalif fikrə görə insanlar həbsə atılmamalıdır».

XS
SM
MD
LG