Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:49

S.Novruzov: «...İndi Azərbaycanı söyürlər»


Siyavuş Novruzov
Siyavuş Novruzov

-

«Mən hesab etmirəm ki, o layihə Konqresdə qəbul olunacaq. Bu, sadəcə erməni lobbisinin növbəti həmləsidir».

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov ABŞ Konqresinə təqdim olunan «Demokratiya aktı» layihəsi haqqında APA-ya danışarkən belə deyib.

O daha sonra bildirib: «Özü də burada tək Azərbaycanın adı yox, 10-dan artıq ölkənin adı var. Amma bəzi mətbuat vasitələri məqsədli şəkildə Azərbaycanın adını kontekstdən çıxardıb, qabardırlar. Ona görə də inanmıram ki, Konqres bu layihəni qəbul edib hansısa sərt qərar qəbul edəcək. ABŞ Azərbaycanın strateji tərəfdaşıdır. Azərbaycan antiterror əməliyyatlarında həmişə iştirak edir, dövlətlərarası münasibətlər normaldır».

Siyavuş Novruzovun sözlərinə görə, Azərbaycan birinci dəfə deyil belə vəziyyətlə üzləşir.

«İndi Konqresdə birdən görürsən ki, dinləmələr keçirilir, Azərbaycanı söyürlər. Hamısı da vaxtilə burada bizneslə məşğul olanlardır. Məsələn, ovaxtkı səfir Kauzlarich vaxtilə burada bizneslə məşğul olub, özü də güzəştli bizneslə. İndi hansısa institutda çalışmasına baxmayaraq, bütün günü Konqresdə Azərbaycanın məsələsini qaldırır. Bütün bunlar 100 ildir orada yaşayan erməni lobbisinin ayırdığı maliyyə hesabınadır», - Komitə sədri deyib.

«Demokratiya aktı» adlı qanun layihəsini hazırlayanlar hesab edir ki, Azərbaycanda ifadə azadlığı, seçki kimi insan haqları pozulur, ölkədə siyasi məhbus problemi var. Bu problemlər həll edilənə kimi Azərbaycanın vəzifəli şəxslərinə ABŞ-a səfərlərinə sanksiya qoyulmasını istəyirlər.

XS
SM
MD
LG