Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:51

Manat sərbəst buraxıldı/ 1 dollar 1.55 manat oldu


Valyutadəyişmə.
Valyutadəyişmə.

-

Mərkəzi Bankın dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.

Yazı yenilənir. Ən son xəbər əvvəldədir.

Hashtag: #uzenmanat #sizde100manatolmaz

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsinə görə əlil olmuş şəxslər və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzalayıb.

2014-cü il 20 iyun tarixli sərəncamının 1-ci hissəsinin icrası ilə əlaqədar Prezidentin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 10 milyon manat ayrılıb.

***

Dekabrın 21-də «Binə» Ticarət Mərkəzinin ayaqqabı satılan bölməsində satıcılar işi dayandırıb.

Bu haqda AzadlıqRadiosunun ticarət mərkəzində olan müxbirinə satıcılar özləri məlumat verib.

İşi dayandıranlar bildirib ki, alver etdikləri yerin sahibi qiymətdə onlara güzəşt edəcəyini deyib. Ancaq bazar rəhbərliyi qiyməti aşağı salmayıb.

«Yerin qiyməti bahadır, alış-veriş də yoxdur. Bizim də işləməməkdən başqa əlacımız yoxdur» - satıcılar deyib.

"Banka $100 min borcum var, evimiz yıxıldı"
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

"Binə"də ayaqqabı mağazaları bağlandı
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

İRİ MAĞAZALAR İŞLƏMİR

Manatın üzən məzənnəyə keçməsindən sonra Bakıda iri ticarət obyektlərinin və apteklərin bir çoxu işini dayandırıb.

Ticarət mərkəzlərinin əməkdaşları bildirib ki, satış yeni qiymətlər müəyyənləşəcəyinə görə dayanıb.

Satışı dayandıran ticarət şəbəkələri arasında məişət texnikası və elektron avadanlıqlar satan dükanlar üstünlük təşkil edir.

Manat düşdü - Bundan sonra nə olacaq? - [şərh və məsləhətlər]

«ÜZƏ BİLMƏYƏCƏK»

İqtisadçı Natiq Cəfərli yazır: «Manatı «suya» buraxdılar, yazıq indi islanacaq, üşüyəcək, amma üzə bilməyəcək. Çünki öyrətmədilər, üzməyi biçarəyə, məşq etmədilər, normal hovuz qura bilmədilər bu 22 ildə. Qorxuram ki, manat da özünü asmağa cəhd etsin. Keçmiş olsun...».

BANKLAR MƏZƏNNƏLƏRİNİ AÇIQLADILAR

Azərbaycan bankları «üzən məzənnəyə» keçiddən sonra valyuta məzənnələrini açıqlayıblar.

Bəzi banklar yeni məzənnə ilə alqı-satqıya başlamasalar da, bir neçə bank yeni məzənnələri elan ediblər. Belə ki, «Unibank» dolları 1.55 manata alır, 1.579 manata satır. «Bank of Baku»da isə dollar 1.519 manata alınır, 1.579 manata satılır.

Amma «Bank of Baku»da dolların həm alışına, həm də satışına 500 dollarlıq limit var.

1 DOLLAR 1.6 MANATA SATILIR

Azərbaycanda «üzən məzənnə»yə keçidin elan edilməsi özünü dərhal valyutadəyişmə məntəqələrində də göstərib.

fins.az saytı yazır ki, məntəqələrin heç də hamısı yeni məzənnəyə keçməyə tələsmir. Bakıdakı valyutadəyişmə məntəqələri hazırda 3 rejimdə çalışırlar.

fins.az-ın əməkdaşı paytaxtın mərkəzindəki «exchange»lərdə müşahidə aparıb. Valyutadəyişmə məntəqələrinin bir qismində hazırda nə alış, nə də satış var. «Echange»lərin bir qismi dolları 1.60 məzənnə ilə satır. Ancaq alan yoxdur.

Bəzi valyutadəyişmə məntəqələri isə dolları köhnə məzənnə ilə, yəni 1.06 manata alırlar. Lakin satış dayandırılıb. Hazırda məntəqələrin qiymət siyahısında dolların satış qiyməti göstərilmir. Ancaq köhnə alış qiyməti olaraq 1.055 qeyd edilib.

Valyuta dəyişmək istəyənlər isə dolların satılmamasından narazıdırlar.

Məntəqələr yeni məzənnəyə keçməyə tələsmirlər.
Məntəqələr yeni məzənnəyə keçməyə tələsmirlər.

1 DOLLAR 1.55 MANAT OLDU

Mərkəzi Bankın dekabrın 21-ə olan məzənnəsinə görə, 1 dollar 1.55 manat, 1 avro 1.685 manat olub.

Mərkəzi Bank dekabrın 21-dən «üzən məzənnə»yə keçib.

MANAT SƏRBƏST BURAXILDI

Mərkəzi Bankın İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.

Mərkəzi Bankdan verilən məlumata görə, bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

NEFTİN QİYMƏTİ 3 DƏFƏ DÜŞÜB

Mərkəzi Bankın qərarla bağlı bəyanatında deyilir: «Qlobal iqtisadiyyatda müşahidə olunan mürəkkəb proseslər, aparıcı mərkəzi bankların son qərarları, iri iqtisadiyyata malik və əsas neft istehlakçıları olan bir sıra inkişaf edən ölkələrdə iqtisadi artımın zəifləməsi, habelə digər qlobal amillər neftin qiymətinin 2014-cü ilin iyun ayından bəri 3 dəfədən çox aşağı düşməsinə gətirib çıxarıb.

Mərkəzi Bank
Mərkəzi Bank

Bütün bu proseslər qlobal iqtisadiyyata sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib. Ölkənin xarici ticarət balansının müsbət saldosu və valyuta daxilolmalarının digər mənbələri kəskin azalıb».

MANAT NEFTİN 50-55 DOLLARINA UYĞUNLAŞMIŞDI

«Ölkənin valyuta bazarına və manatın məzənnəsinə ciddi təzyiqlərin yaranmasını nəzərə alaraq cari ilin fevral ayında manatın devalvasiyası həyata keçirilmiş, iqtisadiyyat, valyuta bazarı və manatın məzənnəsi neftin 50-55 dollar qiymətinə adaptasiya olunmuşdu.

Lakin cari ilin iyul ayının sonlarından etibarən neftin qiymətinin sürətlə aşağı düşməsi valyuta bazarına və məzənnəyə təzyiqi yenidən əhəmiyyətli artırmışdır. Eyni zamanda tərəfdaş ölkələrdə davam edən devalvasiyalar milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinə mənfi təsir etməyə başlayıb. Son aylarda volatilliyin daha da artması nəticəsində 2014-cü ilin əvvəlindən bir sıra tərəfdaş ölkələrin milli valyutalarının dəyərsizləşməsi 100%-i ötüb.

Yaranmış şərait valyuta bazarının və manatın məzənnəsinin yeni neft qiymətlərinə uyğunlaşmasını zəruri edib» - Mərkəzi Bankın açıqlamasında bildirilir.

Samir Şərifov
Samir Şərifov

GÖZLƏNİLƏN QƏRAR

Manatın məzənnəsinin sərbəst buraxılıb-buraxılmaması barədə mövzuya ən son oktyabrın əvvəlində maliyyə naziri Samir Şərifov ANS-ə müsahibəsində toxunmuşdu. Nazir demişdi: «Bəzi dövlətlər artıq «üzən məzənnə»yə keçiblər. Qazaxıstan bunu elan edib. Bu gün bu məsələyə cavab vermək bir az tez olar. Amma mənim fikrimcə, hal-hazırda Mərkəzi Bank bu istiqamətdə müvafiq iş aparır. Hesab edirəm ki, optimal bir variant tapılıb və tətbiq olunacaq».

Ümumiyyətlə, 21 fevral devalvasiya qərarından sonra bu, gözlənilən idi. Ancaq ekspertlər bunun sürətli deyil, mərhələli olacağını deyirdilər.

Təcrübədə 3 məzənnə rejimi var: 1. Üzən; 2. Üzən-tənzimlənən; 3. Təsbit edilmiş.

Üzən məzənnə rejimində məzənnə valyuta bazarında tələb-təklif əsasında, heç bir müdaxilə olmadan formalaşır. Mərkəzi Bank yalnız fövqəladə hallarda valyuta bazarına müdaxilə edir. Üzən-tənzimlənən rejimində də məzənnə, əsasən, tələb-təklifə görə müəyyənləşdirilsə də, Mərkəzi Bank kəskin dalğalanmaları önləmək üçün daha aktiv fəaliyyət göstərir. Təsbit edilmiş rejimdə isə valyuta məzənnəsini Mərkəzi Bank bildirir və məzənnənin sabitliyi təmin edilir.

İndiyə kimi Azərbaycanda təsbit edilmiş məzənnə rejimidir.

Həmçinin bax - AzadlıqRadiosunun Youtube kanalında izləyin:

XS
SM
MD
LG