Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:57

Nazir: «...qiymət artımının qarşısı alınacaq»


Şahin Mustafayev
Şahin Mustafayev

-

«İstehlak bazarında süni qiymət artımının qarşısını almaq üçün bütün zəruri tədbirlər görüləcək».

Bu barədə APA-ya açıqlamasında Tehranda rəsmi səfərdə olan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib.

«Dövlət bütün zəruri tədbirləri görəcək ki, qiymətlərin süni şəkildə qaldırılmasının qarşısı alınsın. Təbii ki, manatın devalvasiyaya uğraması idxaldan asılı olan məhsulların qiymətinə təsir edir və onların qiyməti artacaq. Lakin biz bu prosesə nəzarət edəcəyik. Süni şəkildə, devalvasiyadan asılı olmayan səbəbdən qiymət artımının qarşısı alınacaq», - Ş.Mustafayev bildirib

Dekabrın 21-də manatın ABŞ dollarına nisbətən 50 faiz ucuzlaşması ərzaq və qeyri-ərzaq mallarının qiymətinə təsirsiz ötüşməyib, hətta bəzi mağazalar satışı dayandırıb.

XS
SM
MD
LG