Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:39

Yumurta 25 faiz qalxıb


Yumurta
Yumurta

-

Dekabrın 21-də manatın 50 faiz ucuzlaşmasından sonra, bir çox ərzaq malları kimi, yumurtanın da qiyməti bahalaşıb. İndi müxtəlif marketlərdə yumurtanın bir ədədi 17-19 qəpiyə satılır.

Bu qiymət qablaşdırılmış formada satılan broyler yumurtalarına aiddir. Kənd yumurtasının bir ədədi isə 25 qəpiyə satılır.

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmli AzadlıqRadiosuna bildirib ki, bahalıq idxalla bağlıdır: «Yumurta Azərbaycanda istehsal olunsa da, istehsalda istifadə edilən bütün vasitələr xaricdən gətirilir. Texnoloji avadanlıqlar, dərman preparatları, yumurta istehsalında istifadə olunan yem komponentləri, genetik material, hamısı xaricdən gətirilir. Ona görə bizdə həmişə yumurtanın qiyməti yüksək olub. Daşınma xərcləri, digər xərcləri də var. Bunların hamısını hesablayanda bizdə yumurtanın maya dəyəri digər ölkələrə nisbətən yüksək olur».

Vahid Məhərrəmli deyir ki, heç olmasa, quş yemi daxildə istehsal olunsa, yumurta da ucuzlaşar: «Əks halda, biz yumurta, quş əti ilə bağlı problem yaşayacağıq».

Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev isə AzadlıqRadiosuna deyir ki, yumurtanın bir ədədinin topdansatış qiymətinin dəyəri 15 qəpikdir: «Mağazaların qoyduğu qiymətə biz cavabdeh deyilik, onların bizə heç bir aidiyyəti yoxdur. İstehsalçı kimi yumurta bizdə 15 qəpikdir. Əvvəl 11-12 qəpik idi, devalvasiyadan sonra 14-15 qəpik olub. Təxminən 25 faiz artım olub».

Aydın Vəliyev də deyir ki, yumurta istehsalında vacib olan hər şey –yem, yem əlavələri, avadanlıq, baytarlıq preparatları, hamısı xaricdən gətirilir. Buna görə də qiymət bahalaşır.

XS
SM
MD
LG