Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:12

Bayram günü beynimizdə baş verənlər


Moskvada Yeni il
Moskvada Yeni il

-

Kopenhagen Universitetinin alimləri miqren xəstəliyini araşdırarkən, təsadüfən tam fərqli bir şəbəkə üzə çıxarıblar (miqren əsasən, avtonom sinir sistemində görünən və bir-biriylə bağlı orta şiddətli və çox şiddətli təkrarlanan başağrısıdır. Xronik xəstəlikdir. Yunancadan çevirəndə «başın bir tərəfindəki ağrı» mənasına gəlir – red.) Məlum olub ki, yeni ili əks etdirən xoşovqatlı şəkillərə baxan sağlam insanlarda beynin bir neçə hissəsi aktivləşir. Alimlər bu tapıntıya dair materialı «Brtish Medical Journal»da dərc ediblər.

Tapılan şəbəkəyə ənsənin görmə ilə əlaqəli payı, eləcə də beyin qabığının hərəkət və toxunma hissi ilə bağlı hissələri daxildir. Doktor Bryan Haddock deyir ki, bu tapıntı bəzi insanların bayram ovqatı yaşamamasının səbəblərini açıqlamağa kömək edə bilər. O, eyni zamanda sözügedən tapıntını ehtiyatla yozmaq zərurətinə də diqqət çəkib:

«Beynin bütün bu hissələri [hələlik] az anlaşılan daha qəliz əməliyyatları həyata keçirir. Alimlərin yararlandığı fMRI texnologiyası yeni il barədə şəkillərə beynin məhz hansı hissələrinin reaksiya verdiyini göstərsə də, səbəbi açıqlamır».

Araşdırmadan görünür ki, beyin bayramla bağlı müxtəlif duyğulara fərqli reaksiya verir:

1. Xeyriyyəçilik və beyin

Bəli, hər kəs ona verilmiş hədiyyəni açanda, özünü gözəl hiss edir. Ancaq 2006-ci ilin tədqiqatı göstərir ki, insanlar xeyriyyə hədiyyəsi verəndə də beyin eyni reaksiyanı göstərir.

Başqa sözlə, hədiyyə vermək də almaq qədər xoşdur.

2. Minnətdarlıq duyğusu və beyin

Başqa bir tədqiqatla üzə çıxır ki, minnətdarlıq duyğusu doğarkən, beyin qabığının xəbər, sosial münasibətlər və əxlaqi mühakimə ilə bağlı hissələri aktivləşir.

3. Stress və beyin

Bayram hazırlığı stresssiz ötüşmür. 2014-cü ildə aparılmış tədqiqat stress zamanı hipokampusun təsirə məruz qaldığını aşkar edib. Hipokampusun emosiya və yaddaşla bağlı olduğu məlumdur. Beləliklə, bu tapıntı həyəcan keçirdiyimiz zaman niyə tez qıcıqlandığımızı və unutqan olduğumuzu da açıqlayır.

4. Beyin və şəkər

Biz bayram şirniyyatını yedikcə, beynin serebral qabığına qəbul etdiyimiz şəkərin göndərdiyi siqnallar mükafat sistemini fəallaşdırır.

Əlbəttə, arada-sırada, beynin mükafat sisteminin stimullaşdırılmasında heç bir problem yoxdur. Ancaq bu sistem tez-tez və aşırı dərəcədə aktivləşdirilərsə, şəkərli qidalara xəstə meyl doğa bilər.

5. Beyin və qış mısmırığı

Bayram günlərində bir az dilxor olmaq adətiniz varsa, yeni il bayramını qınamayın. Bunlar, əslində, mövsümi affektiv pozuntudan qaynaqlana bilər. Yəni klinik depressiyanın mövsümi zəmində təzahür edən və daha çox payız və qış aylarında özünü göstərən formasından söhbət gedir.

Tədqiqatçılar 2014-cü ildə mövsümi depressiyanın biokimyəvi səbəbini serotonin (xoşbəxtlik hormonu – red.) daşıyan zülalın (SERT) yüksək səviyyəsi ilə əlaqələndiriblər. Bu zülalın insan ovqatına təsiri sübut olunub.

XS
SM
MD
LG