Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 12:18

Bu banklar valyuta satmır


-

Azərbaycan banklarının əksəriyyəti xarici valyutanın satışını dayandırıb.
Fins.az-ın məlumatına görə, buna səbəb tələbatın çox olması ilə əlaqədar dollar və avro çatışmazlığının yaranması, eləcə də xarici valyutanın gələcək qiyməti ilə bağlı qeyri-müəyyən vəziyyətinin hökm sürməsidir.
Buna görə də, bankların çox dollar və avro almaq istəyən müştərilərinə “yox” cavabı verir. Bəzi banklarda isə satış limitlə - adambaşına 500-1000 dollardan və yaxud avrodan çox olmamaq şərti ilə həyata keçirilir.

Valyuta satmayan banklar bunlardır:

1. «AFB Bank»
2. «Azərbaycan Beynəlxalq Bankı»
3. «Bank Avrasiya»
4. «Bank Respublika»
5. «Bank Silk Vey»
6. «Caspian Development Bank»
7. «Muğanbank»
8. «Amrahbank»
9. «Ata Bank»
10. «Bank of Baku»
11. «Qafqaz İnkişaf Bankı»
12. «Parabank»
13. «Xalq Bank»
14. «İran Milli Bankının Bakı filialı»
15. «Yapı Kredi Bank»
16. «Bank BTB»
17. «Texnikabank»

XS
SM
MD
LG