Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:48

5 min dollarlıq kreditlərə güzəşt edilə bilər


Dollar
Dollar

-

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elmar Rüstəmov dollarda kredit götürənlərə güzəşt edilib-edilməyəcəyinə aydınlıq gətirib. O, «bu məsələ bizim iqtisadi komandanın gündəliyinə daxildir və müzakirə olunur» deyib.

«5 min dollaradək kredit götürən müştərilərə müəyyən güzəştlər ola bilər. İlkin hesablamalara görə, söhbət 250 milyon manatdan gedir. Burada əsas məsələ kompensasiyanın maliyyə mənbəyinin tapılmasıdır. Bu, təkcə, Mərkəzi Bankın səlahiyyətinə aid olan məsələ deyil, buna, bütövlükdə, Azərbaycanın iqtisadi komandası qərar verməlidir», - MB rəhbəri söyləyib.

Deputat Vahid Əhmədov AzadlıqRadiosuna hökumətin 10 min dollaradək kreditlərin köhnə məzənnə ilə - 1.05 manatla ödənməsini müzakirə etdiyini söyləmişdi. Deputat bununla bağlı razılaşma olduğunu, ancaq maliyyə mənbəyi axtarıldığını da demişdi.

XS
SM
MD
LG