Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:46

Naməlum qadın və ya bilinən və bilinməyən Həmidə Cavanşir


Həmidə Cavanşir
Həmidə Cavanşir

-

Naməlum qadın və ya bilinən və bilinməyən Həmidə Cavanşir
Gözlə

No media source currently available

0:00 0:29:59 0:00
Direct-ə keçid

«İz»də yenilənmiş «Bilinən və bilinməyən qadın - Həmidə xanım» dastanı başlayır.

CAVANŞİRLƏR

Haqqında söz açılan xanım 1873-cü il yanvarın 19-da Şuşada - Kəhrizli kəndində doğulub. Cavanşirlər nəslindəndir.

Həyatın hər üzünü görən, amma şərəfini qoruyub-saxlayan bu qadın 1955-ci il fevralın 6-da sovet Bakısında dünyadan köçüb...

Qarabağda şöhrətli bir soyun davamçısı olub.

Atası Əhməd bəy Qarabağ xanlığının qurucusu Pənah xanın qohumu idi.

Xanlığın idarəsinə Pənah xanıniki oğlu qatılıb - Mehralı bəy və İbrahim xan.

O, Mehralı bəyin nəvəsi, yəni Pənah xanın dördüncü qurşaq nəvəsi idi.

Atası Əhməd bəy Mirzə Fətəli Axundovla məktublaşıb. O da Axundzadə kimi yeni əlifbanın tərəfdarı olub. Əhməd bəy Həsən bəy Zərdabi ilə də məktublaşıb. «Əkinçi»nin bağlanmasına çox üzülüb. Əhməd bəy «Kafkaz» və «Novoye obozreniye» qəzetlərinin müxbiri olub. Onun Qarabağ xanlığının siyasi mövcudluğu barədə əsəri də varmış.

Haqqında söz açılan xanım atası Əhməd bəyin sayəsində dövrün say-seçmə ziyalı qadınlarından olub. Ailə təhsili alıb. Rus dilinə mükəmməl yiyələnib.

İLK EVLİLİK - DAVATDAROV

İlk evliliyinə 16 yaşında qədəm qoyub.Qarabağın zadəgan nəslindən olan podpolkovnik İbrahim bəy Davatdarovla ailə qurub.

İbrahim bəy cəbhədə həlak olandan və atası Əhməd bəyin ölümündən sonra Kəhrizlidə ata mülkünü idarə etməyə başlayıb.

İKİNCİ EVLİLİK - MİRZƏ CƏLİL

İkinci evlilik təkcə yaşadığı əsrdə deyil, sonra da onun şöhrətinə şöhrət qatıb.

Bu evlilik onu ünlü yazar Mirzə Cəlil Məmmədquluzadə ilə birləşdirib.

Düzdür, həmin evlilik xanımın çevrəsinin çox da ürəyincə olmayıb - Mirzə Cəlili öz əsilzadə nəsillərinə yaraşdırmayıblar...

Ancaq bu xanım yüz on il əvvəl heç kəsi yox, qəlbinin səsini dinləyib!..

HAMƏLUM QADIN

Adı nə qədər tanınsa, vaxtilə qələmə aldığı «Xatirələrim» kitabı tam halda çap olunsa da, ona «Naməlum qadın» adını vermək olar.

Təkcə Qarabağda deyil, bütün Azərbaycanda məşhur Cavanşirlər nəslindən olsa da.

Yalnız Azərbaycanda yox, bütün müsəlman Şərqində adı sayqıyla anılan Mirzə Cəlilin xanımı sayılsa da!..

Axı Həmidə Cavanşir hələ də Vətənində dolğun tanıdılmayıb.

HƏMİDƏ XANIMI YAXINDAN TANIYIN

O üzdən bu «İz»ə «Bilinən və bilinməyən Həmidə xanım» adını verdik. Və Həmidə xanım Cavanşirin rusca yazdığı xatirələrini dilimizə çevirən Mehriban Vəziri dinlədikcə bu radio-dastana doğru ad seçdiyimizi düşündük...

Yanvarın 24-də saat 23-də bu kübar və ziyalı qadının «yanvarla fevral arasında» tamamlanan, ancaq danışıldıqca danışılan həyat hekayəsi anladılacaq.

Bu «İZ»i itirməyin.

XS
SM
MD
LG