Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:57

İlham Əliyev mebelə və ayaqqabıya keçdi


İlham Əliyev
İlham Əliyev

►"Məmurun kabinetində yerli mebel olmalıdır"

Yanvarın 26-da“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib.

Prezident İlham Əliyev tədbirdə məmurlara göstəriş verib ki, yerli istehsallara üstünlük versinlər:

"Ölkədə yüzlərlə mebel şirkəti var. Amma yüksək vəzifəli məmurlarımız bunu bəyənmirlər. Yerli istehsalın keyfiyyəti başqa mebeldən fərqlənmir, amma deyir, bu, Azərbaycan malıdır, özünə rəva bilmir. Gərək İtaliya, Rumıniya mebeli olsun. Buna son qoymaq lazımdır. Bütün dövlət məmurlarının kabinetində bundan sonra yerli mebel olmalıdır".

Bunlara da baxın: Nazirlər bahalı maşınları neçəyə alırlar?
/// Onun arabası var...​

Prezident daha sonra qeyd edib ki, bəzi hərbi qurumlar Azərbaycan istehsalı olan ayaqqabıları bəyənmir:

"Mənə ölkəmizdə istehsal olunan ayaqqabı göstərdilər. Görün, Azərbaycanda nə gözəl ayaqqabı istehsal olunur. Ancaq bəzi hərbi qurumlar bunu bəyənmir, xaricdən ayaqqabı alırlar. Bu sahə çox ciddi nəzarət altında olmalıdır. Beləliklə, biz israfçılığa yol verməyəcəyik".

Ətraflı burada

XS
SM
MD
LG