Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 04:01

«Şeir kimi şair»in ili tamam oldu…


Vaqif Səmədoğlu
Vaqif Səmədoğlu

-

Yanvarın 28-də «Xalqın yaddaşında şair kimi yox, şeir kimi qalan tək və ilk şair»in (Rüstəm Behrudi) - Vaqif Səmədoğlunun ölümünün 1 illiyidir.

Hazırda Təzəpir məscidində il mərasimi keçirilir.

Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakıda məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində doğulub.

Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasında təhsil alıb.

P.Tchaikovsky adına Moskva Konservatoriyasında ixtisas kursu keçib.

C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri, Azərbaycan Sovet Ensiklopediyasında redaksiya müdiri, «Oğuz eli» qəzetində baş redaktor çalışıb.

Poeziya, teatr və dramaturgiya sahəsində fəaliyyət göstərib. «Yeddi şeir» adlı ilk mətbu əsəri 1963-cü ildə «Azərbaycan» jurnalında dərc olunub.

Vaqif Səmədoğlu bir neçə şeir kitabının müəllifi idi.

Azərbaycan Milli Məclisinə deputat seçilib (2000, 2005).

AYB-nin üzvü, Əməkdar incəsənət xadimi, Azərbaycanın Xalq şairi idi.

«Şərəf» və «İstiqlal» ordeninə layiq görülmüşdü.

AzadlıqRadiosu mərhum şairin son şeirini bir daha oxuculara çatdırır:

İlahi,

Yatağın nə sağında

Nə solunda.

Nə bir gözəlin qolunda

Yatmaq istəmirəm.

İlahi,

Nə söyüd kölgəsində,

Nə dünyanın ən azad ölkəsində

Yatmaq istəmirəm.

İlahi,

Dar quyu dibində,

Qaranlıq nəm içində,

İşıqlı qəm içində,

Ağrısız

Bir az yatmaq istəyirəm...

XS
SM
MD
LG